Ağacan Abıyevin vəziyyəti pisləşdi Xəstəxanaya qaldırıldı
Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sabiq millət vəkili və rektor Ağacan Abıyevin vəziyyəti pisləşib.
Manset.az-ın əldə etdiyi məlumata görə, o, paytaxtda yerləşən xəstəxanaların birində həkim qəbulunda olub, kompleks müayinələrdən keçib.
Sabiq deputatın ağciyər tənəffüs sistemində problem aşkarlanıb.
Müayinələrdən sonra yüksək hərarəti olan Ağacan Abıyeva müalicə yazılıb.
O, saytımıza açıqlamasında faktı təsdiqləyib:
"Çox pis virus yayılıb. Həkim müayinəsində keçmişəm. Mənə dərmanlar yazılıb, hazırda Bülbülədəki evimdə müalicə alıram. Başa düşürəm hamının problemləri var. Köhnə dostlarımdan bəziləri çıxmaq şərtiylə heç kəs mənim vəziyyətimlə maraqlanmır. Sadiq dostlardan biri Hacıbala Abutalıbovdu. Arada onunla danışıram".
Qeyd edək ki, Ağacan Abıyev uzun illər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı olub.
Manşet.az
Baxış sayı:56
Bu xəbər 20 Noyabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















