Ağacların qəribə davranışı alimlərə vulkanları izləməyə kömək edə bilər
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vulkanların yaxınlığında yerləşən meşələrdə ağacların yarpaqlarının rəngində baş verən dəyişikliklər yaxınlaşan püskürməyə işarə verə bilər. Bu barədə alimlər bildirir. Yeni yanaşma təhlükə zamanı ətraf ərazilərdə yaşayan insanların vaxtında təhlükəsiz yerlərə köçürülməsinə kömək edə bilər.
Qaynarinfo xəbər verir ki, NASA tərəfindən yayımlanan yeni araşdırmada vulkan püskürmələri ərəfəsində ətrafda bitən ağacların vəziyyətində baş verən dəyişikliklər öyrənilib. Eldiario24.com-un yazdığına görə, tədqiqat vulkan təhlükəsinin daha erkən müəyyən edilməsinə və insan itkisinə yol verilməməsinə yönəlib.
"Avuelo” (Advanced Volcano Understanding Explosive Liquid-phase Outgassing) layihəsi çərçivəsində "Nasa” alimləri vulkan püskürməsindən əvvəl ağacların göstərdiyi qeyri-adi reaksiyaları araşdırıblar. Məqsəd püskürmə baş verməzdən əvvəl onu proqnozlaşdırmaq və vulkan təsirini minimuma endirməkdir.
Araşdırmanın diqqətçəkən cəhəti ondan ibarətdir ki, bu metod yerüstü və ya sahə işləri tələb etmir və tamamilə uzaqdan müşahidəyə əsaslanır.
Nümunə kimi Filippində yerləşən Mayon vulkanının 2018-ci ilin yanvarında baş verən püskürməsi göstərilir. Püskürmədən təxminən bir ay əvvəl vulkan ətraf mühitə karbon qazı buraxmağa başlayıb və bu, ətraf ərazidə qaz səviyyəsinin artmasına səbəb olub. Mütəxəssislər və rəsmi qurumlar əhalini vaxtında xəbərdar ediblər və 56 mindən çox insan evakuasiya olunub. Bu addım püskürmə zamanı insan tələfatının qarşısını almağa imkan verib.
Ümumilikdə, vulkan püskürməsini proqnozlaşdırmağa kömək edən bir neçə siqnal mövcuddur. Bunlara seysmik dalğalar və yer səthinin hündürlüyündə baş verən dəyişikliklər daxildir. Lakin problem ondadır ki, vulkanların əksəriyyəti olduqca əlçatmaz və təhlükəli ərazilərdə yerləşdiyi üçün yerində monitorinq avadanlığı quraşdırmaq çətindir. Digər tərəfdən, buraxılan karbon qazının miqdarı peyklər tərəfindən birbaşa aşkar ediləcək qədər yüksək olmur.
Alimlər indi bu siqnallara ağac yarpaqlarının rəng intensivliyini də əlavə etməyi təklif edirlər. Məsələ ondadır ki, püskürmə ərəfəsində vulkanlardan çıxan karbon qazı ətraf ərazilərdəki ağaclara təsir göstərir. Yeni konsepsiya peyklər vasitəsilə meşələrdə yarpaqların rəng doymasının izlənilməsini nəzərdə tutur. Tədqiqatçılar bildirirlər ki, hətta kiçik həcmdə karbon qazı belə ağacların böyüməsinə təsir edərək yarpaqların daha yaşıl və sıx olmasına səbəb ola bilər. Bu dəyişikliklər kosmosdan müşahidə edilə bilir.
"Avuelo” tədqiqatçıları karbon qazının ağaclara təsirini izləmək üçün yeni imkan əldə etdiklərini bildirirlər. Bitki örtüyü planetdə istixana effektini artıran karbon qazının tənzimlənməsində mühüm rol oynayır.
Layihənin tədqiqatçısı, Kaliforniyadakı Çapman Universitetindən iqlimşünas Con Fişer bildirib: "Bizi yalnız vulkan mənşəli karbon qazına ağacların reaksiyası maraqlandırmır. Eyni zamanda ağacların nə qədər karbon qazı uda biləcəyini də araşdırırıq. Bu, gələcəkdə Yer üzündə bütün ağacların yüksək karbon qazı səviyyəsinə məruz qalacağı bir ssenari üçün vacib göstəricidir”.
Hazırda alimlər peyklər vasitəsilə müşahidə oluna bilən Normallaşdırılmış Bitki Örtüyü Fərqi İndeksi (NDVI) göstəricisindəki dəyişiklikləri izləyirlər. Tədqiqatçılar hesab edirlər ki, bu metod ağacların "qəribə davranışını” izləməyə və çətin, əlçatmaz ərazilərdə məsafədən monitorinq aparmağa imkan verəcək.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 19 Dekabr 2025 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















