Icma.az
close
up
RU
Ağadadaş Ağayev bu dəfə zərərçəkmiş kimi məhkəməyə çıxarılır

Ağadadaş Ağayev bu dəfə zərərçəkmiş kimi məhkəməyə çıxarılır

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Binəqədi Rayon Məhkəməsində Azərbaycanın xalq artisti Ağadadaş Ağayevin növbəti məhkəmə prosesi olacaq.

Gununsesi.info-nun xəbərinə görə, hakim Elçin Ağayevin sədrlik etdiyi prosesdə xalq artisti zərərçəkmiş kimi tanınıb.

Xalq artisti bildirib ki, evi “MedEra Hospital”ın yaxınlığındadır, bir müddət əvvəl orada qulağından əməliyyat olunmuşdu. Bu səbəbdən ağrıları vardı, ona ağrıkəsicilər vurulurdu. Qulağından qanxma başlayıb, ağrıları da artıb deyə, elə evin eyvanından xəstəxananın mühafizəçisinə müraciət edərək, kömək istəyib: “Mühafizəçidən xahiş elədim ki, xəstəxanaya desin, mənə kömək eləsinlər. Mənə pis cavab verdi. Dedi ki, “sən öyrəşmisəm əmr eləməyə, qudurmusan”. Açdı ağzını, yumdu gözünü. Mən o anda səbrimi basdım. Elə söz dedi ki, aşağı düşməli oldum. Bu da mənim qapımın ağzına qədər gəldi. Onu uzaqlaşdırdılar…”

Ağadadaş Ağayev ifadəsinin davamında bildirib ki, gözətçi Nurəddin Cəlilov yenidən gəlib və onu çölə çıxmağa təhrik edib.

Müğənninin sözlərinə görə, onun əlində nəsə olmasından ehtiyat edib, əlinə balta götürüb. O, iddia edir ki, balta götürsə də, mühafizəçini vurmaq niyyəti olmayıb: “Onu balta ilə vurmaq niyyətim olsaydı, elə qapının ağzında vurardım. O, məni təhrik elədi. Elə həddə çatdırdı ki, bu hadisə baş verdi”.

Müğənni iddia edir ki, ilk zərbəni dəmir parçası ilə ona Nurəddin Cəlilov vurub: “Gördüm ki, dubinka ilə yaramın üstündən vurdular. Orada daha iki nəfər var idi. Guya bizi aralayırdılar. Mən dubinkanın zərbəsindən yıxıldım. Yıxılandan sonra da məni vurmağa başladılar. Bunlar necə insandılar? Yıxılanı belə vurarlarmı? Özü də İnsanlığı olmalıdır adamın”.

Afət Abbasova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri