Ağadadaş Ağayev yenə əsəbləşdi Video çəkən şəxsə hücum etdi ŞOK GÖRÜNTÜ
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xalq artisti Ağadadaş Ağayevin sosial şəbəkələrdə yayılan yeni görüntüsü geniş müzakirələrə səbəb olub. Video qısa müddətdə 1 milyona yaxın baxış toplayaraq viral olub.
Bakupost.az xəbər verir ki, əyləncə məkanlarından birində çəkilən görüntülərdə sənətçinin növbəti dəfə əsəbləşdiyi anlar əks olunub.
Videodan Ağadadaş Ağayevin onun ifasını telefonla çəkən şəxsdən narazı olduğu görünür. Bu duruma əvvəlcə sərt baxışları ilə reaksiya verən sənətçi daha sonra əsəbləşərək əli ilə həmin şəxsə iki dəfə zərbə endirir.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi sənətçinin davranışını qınayıb, digərləri geyiminin bir neçə ölçü kiçik olduğunu müzakirə edib.
Yazılan şərhlərdə “Bu zala girəndə camaat qorxmur ki, baltayla girər?”, “Baltanın qorxusundan bəyəndim”, “Baltadan sonra çox dəyişib vallah, bilinmədi də nə oldu, kişi birdən cumur camaata” kimi fikirlər səsləndirilib.
Qeyd edək ki, iki gün əvvəl də Xalq artistinin eyni məkanda çəkilən başqa videosu yayılmışdı. Həmin görüntülərdə onun səhnədə dinləyicilərə qışqıraraq sərt reaksiya verməsi diqqət çəkmişdi.
Lalə,BakuPost
Baxış sayı:19
Bu xəbər 26 Dekabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















