Icma.az
close
up
RU
Ağadadaş Ağayevdən şok sözlər: Balta oyuncaq idi...

Ağadadaş Ağayevdən şok sözlər: Balta oyuncaq idi...

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda Ağadadaş Ağayev zərərçəkmişlərin nümayəndələrinin suallarını cavablandırıb. Suallara cavab verən Ağadadaş Ağayev bildirib ki, xalq artistidir, həmişə xalqın işində olub, xalqla bərabər olub.

Bu zaman zərərçəkmişin nümayəndəsi ona "amma xalqın nümayəndəsinə balta atıbsan" deyə sual edib. Ağadadaş Ağayev bildirib ki, o, heç kimə sual etməyib: "Mənim şərəfimi təhqir edib".

Bu zaman zərərçəkmişin nümayəndəsi ilə Ağadadaş Ağayevin arasında mübahisə yaranıb. Hakim Ağadadaş Ağayevə xəbərdarlıq edib.

Daha sonra sualları cavablandıran xalq artisti bildirib ki, hadisədən sonra hüquq-mühafizə orqanlarına müraciət etməyib: "Mən için belə böyüyəcəyini bilmədim. Klinika video yayandan sonra mən də özüm də olan videoya baxdım. Yenə də hüquq-mühafizə orqanlarına müraciət etmədim. Amma məni elə vəziyyətə saldılar ki, öz xəstəliyin yadımdan çıxdı. Mühafizəçi mənə nalayiq söyüşlər işlətdi. Məndə olan balta oyuncaq balta olub. bu ət doğrayan balta olmayıb. Onu da mühafizəçiyə atmışam ki, məndən əl çəksin".

Xalq artisti hadisədən əvvəl qəza keçirməsi ilə bağlı zərərçəkmişlərin nümayəndələrinin suallarına belə cavab verib: "Mən evimdə qəza keçirmişdim. Pilləkəndən yıxılmışdı. Buna görə.də xəstəxanaya müraciət etmişdim. Mən xəstəxanaya birinci dəfə həyat yoldaşımla getmişdim. Sonradan ora oğlumda gəlmişdi. Mən hadisə zamanı içkili olmamışam. Əvvəllər içki içmişəm, amma indi tövbəliyəm".

Xalq artisti bildirib ki, Nurəddin Cəlilov həmişə münaqişəli insan olub, orada taksi sürücü, digər şslərələ tez-tez mübahisə edib, səs-küy yaradıb: "Ağlıma gəlməzdi ki, mən də bu münaqişənin işində ola bilərdim. Amma hadisə mənim də başıma gəldi. Xanım zərərçəkmiş özü şikayət etməyib, özü də vəkil tutmayıb. Klinika ona 350 manat maaş verib. Bu pulla necə vəkil tutaq olar? Bütün bunları klinila edir. . Şikayəti də onun adından klinika yazıb".

Xanım zərərçəkmişin vəkili deyib ki, o zaman siz ona əməkhaqqı verin? Bu zaman xalq artisti deyib ki, lazım olsa mən ona min manat da, iki min manat da əməkhaqqı verərəm.

Ağadadaş Ağayev ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib. Zərərçəkmiş şəxslərin nümayəndələri bildiriblər ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər var. Onlar Ağadadaş Ağayevin ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan olunmasını istəyiblər.

Dövlət ittihamçısı da vəsatətlə razılaşıb və bidlirib ki, ibtidai istintaq zamanı verilən ifadə elan olunmalıdır.
Daha sonra hakim vəsarəti təmin edib və Ağadadaş Ağayevin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədə kəskin ziddiyyətlər mühafizənin bir neçə dəfə Ağadadaş Ağayevin evinin yanına gəlməsi barədə deməməsi olub.

Ağadadaş Ağayev İstintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, vəkilinin iştirakı ilə ifadə verib.
Növbəti proses dekabrın 17-də davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 03 Dekabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri