Icma.az
close
up
RU
Ağadadaş Ağayevin həbsi istənildi Video

Ağadadaş Ağayevin həbsi istənildi Video

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Hurriyyet.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək işin məhkəmə baxışına verilməsini istəyib.

Zərərçəkmişlər öz mövqelərindən qalıblar. Onlar işin ibtidai istintaqa qaytarılmasını istəyiblər. Ağadadaş Ağayev və vəkili isə işin məhkəmə baxışına verilməsinə razı olduqlarını qeyd ediblər.

Daha sonra hazırıq iclasının qərarını qəbul edilməsi üçün hakim müşavirəyə yollanıb. Müşavirədən qayıdan hakim işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib.

Məhkəmə baxışı noyabrın 28-nə təyin olunub.

***

15:58

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Teleqraf.com xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ağadadaş Ağayevin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən şəxsin müqavilə əsasında vəkili Asim Abdullayev olduğu müəyyən edilib. Ona dövlət hesabına təyin edilmiş vəkil təqdim edilib. Amma Ağadadaş Ağayev həmin vəkildən imtina edib, deyib ki, özü müqavilə bağladığı vəkilin hüquqi yardımlarından istifadə edir.

Hakim prosesdə fasilə elan edib. Fasilədə Ağadadaş Ağayev dövlət hesabına təyin edilmiş vəkildən imtina barədə ərizə yazıb.

Fasilədən sonra ərizəni qəbul edən hakim dövlət hesabına təyin edilmiş vəkilin prosesdə iştirakına xitam verilməsi barədə qərar qəbul edib.

Daha sonra zərərçəkmiş şəxslər və onların hüquqi nümayəndələri elan edilib. Onlara hüquqları izah olunub.

Zərərçəkmiş Nurəddin Cəlilovun vəkili vəsatətlə çıxış edib. O, bildirib ki, təqsirləndirilən şəxsin əməlində daha ağır əlamətlər mövcuddur. Onun sözlərinə görə, əməldə 29,120.2.2- ci (qəsdən xuliqanlıq niyyəti adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələri ilə ittihamın əlamətləri var, baltanı zərərçəkmişə tərəf atması istintaq sənədləri ilə sübuta yetirilib: "Zərərçəkmiş şəxs bu barədə istintaq zamanı vəsatət verib. Amma vəsatət təmin edilməməklə zərərçəkmiş şəxsin hüququ pozulub. Biz işin ibtidai istintaqa qaytarılmasını istəyirik".

Vəkil daha sonra qeyd edib ki, Ağadadaş Ağayevin barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəyir.

Dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığını deyib. O bildirib ki, vəsatətlərin təmin olunması üçün əsaslar mövcud deyil.

Ağadadaş Ağayevin vəkili də vəsatətin əsassız olduğunu deyib. O, hər iki vəsatətin rədd olnmasını istəyib.

Ağadadaş Ağayev müdafiəçisi ilə razı olduğunu deyib. Daha sonra hakim müşavirəyə yollanıb.

Məhkəmə vəsatətləri təmin etməyib.

***

15:01

"Biz hüquqi dövlətdə yaşayırıq, hüquqlarımızı məhkəmə həll edir. Məhkəmənin gedişində hər şey aydın olacaq".

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Ağadadaş Ağayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, mülki iddia tələbi ilə məhkəməyə müraciət etsə də, bu barədə danışmaq istəmir. O, zərərçəkmişlə barışığın əldə olunmadığını da deyib.

***

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Hurriyyet.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baş tutan iclasda Ağadadaş Ağayev iştirak edir.

Hazırda proses davam edir.

Qeyd edək ki, bu il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.

Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Ağadadaş Ağayevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə Nurəddin Saleh oğlu Cəlilov və Nəzakət Məzahir qızı Paşayeva zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinən şəxs iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır./telegraf.az/

    
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Noyabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see262

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see255

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see245

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see242

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see231

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see230

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see228

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see225

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see219

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see215

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see215

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see211

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see197

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see194

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see189

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see189

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see188

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see188

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see180

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri