Icma.az
close
up
RU
Ağadadaş Ağayevin məhkəmə prosesi keçirildi

Ağadadaş Ağayevin məhkəmə prosesi keçirildi

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

“MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovla insident yaşayan Xalq artisti Ağadadaş Ağayevin məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkən tərəf ifadə verib.

Həmçinin Ağadadaş Ağayevin vəkili Asim Abbasov tərəflərin barışıq ərizəsini məhkəməyə təqdim edib.

Prosesdə "MedEra" hospitalının xadiməsi, cinayət işi üzrə zərərçəkən Nəzakət Paşayeva ifadə verib.
O bildirib ki, işi ilə məşğul olarkən bayırdan səs-küyün gəldiyini eşidib:

"Səs eşitsəm də, işimin dalıyca getdim. Qapıya tərəf gələndə ayağıma balta dəydi. Ayağıma dəyəndən sonra baltanı götürüb kənara qoydum ki, onlardan hər hansı biri götürməsin. Mübahisə edənlərin kim olduğunu da sonradan öyrəndim. Hansı səbəbdən mübahisə etdiklərini də bilmirdim. Daha sonra Nurəddinin ağız-burnunun qan içində olduğunu gördüm. Ağadadaş Ağayevə qarşı hər hansı bir şikayətim yoxdur".

Daha sonra "MedEra" hospitalın mühafizəçisi Nurəddin Cəlilov ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib. Həmçinin qeyd edib ki, Ağadadaş Ağayevə qarşı hər hansı bir şikayəti yoxdur:

"Hadisə baş verən gün Ağadadaş Ağayev baltanı arxasında gizlətmişdi, lakin qapıdan keçəndə əlində balta olduğunu gördüm. O, nalayiq ifadələr işlədə-işlədə gəlirdi. Sonra qarşılıqlı olaraq bir-birimizə qarşı nalayiq ifadələr işlədirdik. Balta mənə dəymədi, Nəzakət xanıma dəydiyini də görmədim", - N.Cəlilov ifadəsində bildirib.

Hakimin "Ağadadaş Ağayev hansı ifadələr işlədirdi?" sualına cavab olaraq zərərçəkən xalq artistininin ona "ermənidən əmələ gələn" dediyini bildirib.

Proses zamanı şahid qismində ifadə verən "MedEra" hospitalının həkimi Ceyhun Hüseyinovun sözlərinə görə, hadisə vaxtı hospitalda axşam növbəsində olub:

"Ağadadaş Ağayev xəsarət alması barədə müraciət elədi. Həmin gecə müayinə etdik. Onun spirtli içki qəbul etdiyini düşünürdüm, lakin hər hansı bir sübutum yoxdur, sadəcə bu mənim şəxsi qənaətimdir".

Qeyd edək ki, ötən il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi “MedEra” Hospitalda olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.

Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Ağadadaş Ağayevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə Nurəddin Saleh oğlu Cəlilov və Nəzakət Məzahir qızı Paşayeva zərərçəkmiş qismində tanınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 08 Yanvar 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri