Icma.az
close
up
RU
Ağadadaş Ağayevin məhkəməsində şahidlər ifadə verdi

Ağadadaş Ağayevin məhkəməsində şahidlər ifadə verdi

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan “Medera” hospitalın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Kulis.az xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttiham aktına münasibət bildirən Nurəddin Cəlilov özünü təqsirli bilməyib.

Zərərçəkmiş Ağadadaş Ağayevin vəkili Asim Abbasov müvəkkilinin səhhəti ilə əlaqəli prosesdə iştirak etmədiyini əsas gətirərək məhkəmənin təxirə salınmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib və proses davam edib. Şahid qismində ifadə verən hospitalın xadiməsi Nəzakət Paşayeva bunları deyib: “Həmin gün işləyirdim, səs-küy gəldi. Baxdım, bir nəfər gəlir, əlində balta var. Fikir vermədim və işimin arxasıca getdim. Sonra səs-küy artdı. Ağadadaş Ağayev əlində balta ilə gəldi. Mən baxanda artıq şlaqbaumu keçmişdi. Mühafizəçi qapıya çıxdı. Mən də öz işimlə məşğul idim. Bu zaman ayağımda zərbə hiss etdim, baltanın sapı ayağıma dəymişdi. Baltanı qıraq bir yerə qoydum ki, heç kəs götürüb hücum etməsin. Bu zaman mühafizəçi burnu qanayaraq gəldi. Baltanı atanın Ağadadaş Ağayev olduğunu görənlər onun yanına yığışdılar. Ağadadaş Ağayev baltayla gəldi sonra qayıtdı. İkinci dəfə gələndə onu pəncərədən gördüm".

Nəzakət Paşayeva qeyd edib ki, Ağadadaş Ağayev baltanı atandan sonra Nurəddin Cəlilov onun üstünə gedib: "Mən baltanı alıb kənara qoyandan sonra gördüm ki, dalaşırlar, Ağadadaş yıxıldı. Ağadadaş Ağayev içəri gələndə söyüş söyürdü. Nalayiq söyüşlər söyürdü. İçəridə olanlarla birgə çox qorxu keçirdim".

Daha sonra hospitalda baş tibb bacısı vəzifəsində çalışan Nəzakət Zülfüqarlı ifadə verib: "Ağadadaş Ağayev həyətdə çox pis söyüşlər söyürdü. Nurəddin də ona cavab verirdi. Ağadadaşla Nurəddini dalaşdığı anda gördüm. Ağadadaş Ağayev söyüş söydüyü üçün Nurəddin üstünə getdi. Ağadadaş baltanı atanda Nurəddin başını çəkməsə, başına deyəcəkdi. Nurəddinin əlində simə oxşar nəsə var idi. Amma o simlə Ağdadaşa zərər verdiyini görməmişəm”.

Proses yanvarın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident bu il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.

Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və N.Cəlilov cinayət məsuliyyətinə cəlb edilib. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib. A.Ağayevin ittiham olunduğu cinayət işinə də Binəqədi rayon məhkəməsində baxılır.

Bundan başqa, Xalq artisti Ağadadaş Ağayev “Medera Hospital”a qarşı mülki iddia qaldırıb.

İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev “Medera Hospital”dan mənəvi zərərin ödənilməsini tələb edir. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edir. \ APA

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri "Qırxdan sonra" filmi təqdim edildi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 Dekabr 2024 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri