Icma.az
close
up
RU
Ağalı kəndi yenidən canlanır: 103 ev, “Townhouse” tipli binalar və müasir park

Ağalı kəndi yenidən canlanır: 103 ev, “Townhouse” tipli binalar və müasir park

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zəngilan, 30 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin 2-ci mərhələsi çərçivəsində genişmiqyaslı bərpa və tikinti işləri həyata keçirilib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayevanın AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, layihənin bu mərhələsində 103 fərdi yaşayış evi və çoxmənzilli binalar inşa edilib. Belə ki, ikinci mərhələdə Ağalıda 55 ikiotaqlı fərdi yaşayış evi, həmçinin 3 üçmərtəbəli, ikibloklu “Townhouse” tipli bina tikilib. Bu binalarda ümumilikdə 36 birotaqlı və 12 ikiotaqlı mənzil sakinlərin ixtiyarına veriləcək.

Layihə çərçivəsində yaşayış massivində sosial infrastrukturun formalaşdırılmasına da xüsusi diqqət yetirilib. Kənddə ümumi sahəsi 2,2 hektar olan müasir park salınıb. Bu park həm Ağalı və Məmmədbəyli kəndlərinin sakinlərinin, həm də bölgəyə gələn qonaqların istirahəti üçün nəzərdə tutulub. Park beş funksional zonaya bölünüb. Burada uşaqların aktiv istirahəti, idman fəaliyyəti və təhlükəsiz əylənməsi üçün bütün şərait yaradılıb. Əraziyə müxtəlif ağac və kol bitkiləri əkilib, dekorativ landşaft tərtibatı aparılıb, işıqlandırma sistemi quraşdırılıb.

Kəndin bütün evlərinə müasir kommunikasiya xətləri çəkilib, qazlaşdırma tam təmin olunub, hər bir ev kombi sistemi ilə təchiz edilib. Bununla yanaşı, ərazidə yol və səkilərin abadlaşdırılması, ictimai binaların və infrastruktur obyektlərinin istifadəyə hazırlanması istiqamətində də işlər görülüb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-dэ Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsində görülmüş işlərlə yerində tanış olub. Prezidentin səfəri bu kənddə həyata keçirilən layihələrin sürətli və keyfiyyətli icrasına, eləcə də “Böyük Qayıdış” Proqramının uğurla davam etdirilməsinə dövlətin xüsusi diqqətinin göstəricisidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see145

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see138

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri