Icma.az
close
up
RU
Ağartı məhsullarından imtina insanı cavanlaşdırır? AÇIQLAMA

Ağartı məhsullarından imtina insanı cavanlaşdırır? AÇIQLAMA

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Mütəxəssislər bildirirlər ki, süd məhsullarının azaldılması sağlamlığın qorunmasına və daha gənc görünüşün saxlanmasına müsbət təsir göstərə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, rasiondan süd məhsullarının çıxarılması doymuş yağların, şəkərin və duzun artıq qəbulunun qarşısını almağa kömək edir. Bunun nəticəsində yuxu və həzm sistemi yaxşılaşa, artıq çəki azala və ümumi sağlamlıq göstəriciləri yüksələ bilər.

Haydarabaddakı Yaşoda xəstəxanasının həkim-konsultantı Dilip Qude bildirib ki, süd məhsullarından imtina etdikdən təxminən üç həftə sonra orqanizmdə ilk müsbət dəyişikliklər müşahidə olunur. Onun sözlərinə görə, ürək xəstəlikləri, diabet və Alzheimer kimi xəstəliklər yağlı süd məhsullarının müntəzəm istifadəsi ilə daha da ağırlaşa bilər. Bu məhsulların azaldılması isə riskləri aşağı sala bilər.

Eyni xəstəxananın diabet üzrə mütəxəssisi doktor K. Somnath Qup­ta qeyd edib ki, bir ay ərzində süd məhsullarından uzaq durmaq həzm sisteminə müsbət təsir edir. Südün tərkibində olan laktoza bəzi insanlarda həzm problemlərinə səbəb ola bilər. Bu məhsullardan imtina isə köp, qaz və ishal kimi problemlərin azalmasına kömək edir.

Həkimlər əlavə ediblər ki, süd məhsullarından uzaq durmaq orqanizmdə turşu-qələvi balansını da bərpa edə bilər. Bu xüsusilə qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən insanlar üçün faydalı hesab olunur.

Bununla yanaşı, mütəxəssislərin sözlərinə görə, təxminən dörd həftə sonra dərinin vəziyyətində də yaxşılaşma müşahidə oluna bilər. Bəzi araşdırmalar süd məhsullarının sızanaqların yaranması ilə əlaqəli olduğunu göstərir. Bu isə iltihabın azalması və hormonal dəyişikliklərlə izah olunur.

Həkim Dilip Qude bildirib ki, süd məhsullarının davamlı və həddindən artıq qəbulu süd vəzi, yumurtalıq və prostat xərçəngi riskinin artması ilə də əlaqələndirilir. Eyni zamanda, bu məhsullardan imtina maddələr mübadiləsini, yuxunu və yaddaşı yaxşılaşdıra bilər.

Mütəxəssislər vurğulayır ki, rasionda hər hansı ciddi dəyişiklik etməzdən əvvəl fərdi xüsusiyyətləri nəzərə almaq və həkim məsləhəti almaq vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 May 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see533

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see325

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see299

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see286

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see277

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see270

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see267

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see264

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see262

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see254

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see241

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see240

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see237

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see234

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see232

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see231

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see229

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see227

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see214

İqtisadiyyat İnstitutunun baş direktoru Gürcüstanda beynəlxalq elmi konfransda çıxış edib

29 Avqust 2026 14:37see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri