Ağasəlim Mircavadov: “Hər şey özümüzdən, baş məşqçinin futbol fəlsəfəsindən asılıdır”
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Yer aldığımız səbət qrupda daha zəif komandalarnan düşməyimizə imkan vermirdi. Dünya Çempionatında əvvəl 32, indi isə 48 milli komanda iştirak edəcək. İlk yeri tutanlar birbaşa, ikinci yeri tutanlar isə pley-offla davam edir. Bu, bizim kimi yığmalara şans verir". Bu sözləri Sport24.az-a açıqlamasında Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
DŞ-2026-nın seçmə mərhələsində yer aldığımız qrupu dəyərləndirən təcrübəli mütəxəssis nikbin fikirlər səsləndirməklə yadda qalıb: "Fransa və Xorvatiya istənilən turnirin və ya qrupun favoritidi. Ancaq Fransadan fərqli, xorvatların heyətində yaşlı oyunçuların sayı çoxdu. Ola bilsin, bu seçmə mərhələdə Xorvatiyada nəsildəyişmə prosesi yaşansın ki, bundan istifadə etmək olar. Hər şey özümüzdən, baş məşqçinin futbol fəlsəfəsindən asılıdır. İslandiya və Ukrayna yığmalarına qarşı mübarizə aparmaq mümkündü. Əsas yığmamızın hazırlığıdır. Oyunların sentyabrda başlaması müsbət amildir. Qarşıda 6 ayımız var. Hazırlaşmaq lazımdır".
Qeyd edək ki, millimiz B qrupunda Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya ilə mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 18 Dekabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















