Ağaseyid Qasımov: “Özümüzə güvənərək qalib gəlməyi bacardıq”
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Bizim üçün bütün komandalar ağır hesab olunurdu”.
Bunu İdman.biz-ə Azərbaycanın minifutbol millisinin qapıçısı Ağaseyid Qasımov deyib.
O bildirib ki, mundialın ölkəmizdə keçirilməsi yığmamız üçün üstünlük olub.
Qasımovun sözlərinə görə, dünya çempionluğunu sözlərlə ifadə etmək olmaz, çox gözəl hissdir: “Doğma azarkeşlərimizin önündə daha inamlı, motivasiyalı çıxış etdik. Özümüzə güvənərək qalib gəlməyi bacardıq. Deməzdim ki, rahat rəqibimiz var idi. Bizim üçün bütün komandalar çətin hesab olunurdu. Məsələn, son dünya çempionu Rumıniyaya qalib gəldik. Bütün rəqiblər çətin idi. Lakin qələbə qazana bildik. Sevincimizin həddi-hüdudu yoxdur”.
Qeyd edək ki, minifutbol millimiz final görüşündə Macarıstanı 4:2 hesabı ilə məğlub edərək mundialın qalibi olub.
Mehri Qurban
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 02 İyun 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















