Icma.az
close
up
RU
Ağbulaqda “Xatirə bulağı” açıldı FOTOLENT

Ağbulaqda “Xatirə bulağı” açıldı FOTOLENT

Icma.az, Lent az saytına istinadən bildirir.

Ötən həftə Laçın rayonunun Ağbulaq kəndində kənd şəhidlərinin xatirə bulağının açılış mərasimi keçirilib.

Lent.az xəbər verir ki, Ağbulaq sakinlərinin təşəbbüsü ilə hazırlanan xatirə lövhəsinin və bulağın açılış mərasimində kənd sakinləri, o cümlədən şəhid ailələri və ziyalılar yaxından iştirak ediblər.

Tədbirdə kənd müəllimləri Musa Həsənov, Cabbar Cabbarov, Kamil Həsənov, Rafiq Əsgərov Qorxmaz Bəxtiyarov və kənd ağsaqqalı Xanoğlan Ağayev çıxış edərək, doğma yurd-yuvaya qayıtmağın sevincini bölüşüblər, insanlara bu qüruru yaşadan şəhidlərə Allahdan rəhmət diləyiblər, qazilərə can sağlığı arzulayıblar.

Eyni zamanda, bütün Azərbaycan xalqına qələbə sevinci bəxş edən müzəffər Ali baş komandana dərin təşəkkürlərini çatdırıblar. 

Tədbirdən sonra ehsan süfrəsi açılıb.

Xatırladaq ki, 400 təsərrüfatı və 2 min nəfər sakini olan Ağbulaq kəndi səfalı dağları, qayaları, meşələri və çayları ilə göz oxşayır. Kənd “Ağbulaq şəlaləsi” və kəndin üstündə yerləşən bir neçə bulağı ilə məşhurdur. Laçın rayonunda beynəlxalq standartlara uyğun tikilmiş su elektrik stansiyalarının ikisi Ağbulaq kəndi ərazisindədir.

Hazırda kənddə bərpa və quruculuq işləri başlamasa da, səksəndə qədər ailə burada məskunlaşıb. Ailələr əsasən çadırlarda çətin şəraitdə yaşayır, lakin havalar soyuyana qədər öz dədə-baba yurdlarından ayrılmır. Kənd sakinləri birdəfəlik köçmək üçün Ağbulağın tikiləcəyi günü səbirsizliklə gözləyir. Ağbulaq şəhidlərinin “Xatirə bulağı” da bir növ bu tikinti və quruculuq işlərinin ilk qaranquşu sayıla bilər.

Xatirə lövhəsində şəkli həkk olunanlar 1992-ci il işğalı zamanı itkin düşənlərdir. Onların nəşi də tapılmayıb. Şəhidlərin biri – Əmir Əsgərov müəllim idi və indi Ağbulaq kəndinin orta məktəbi onun adını daşıyır.

Vətən uğrunda canlarından keçən insanların ruhu həmişə bizimlədir və bu “Xatirə bulağı” da bu birliyin, bu sevginin, eyni zamanda, doğma kəndlərimizdə əbədi qərar tutmağın bir simvoludur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://lent.az
archiveBu xəbər 31 Avqust 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see559

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see350

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see312

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see311

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see306

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see285

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see281

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see277

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see253

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see252

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see251

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see247

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see245

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see243

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see240

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see240

İqtisadiyyat İnstitutunun baş direktoru Gürcüstanda beynəlxalq elmi konfransda çıxış edib

29 Avqust 2026 14:37see225

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

29 Avqust 2026 20:25see215

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see212

Azərbaycan qocalır: 26 ildə yaşlıların sayı 2,6 dəfə artıb

29 Avqust 2026 15:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri