Icma.az
close
up
RU
Ağcabədidə AĞIR QƏZA: mal qara gətirən şəxsi maşın vurdu TƏFƏRRÜAT

Ağcabədidə AĞIR QƏZA: mal qara gətirən şəxsi maşın vurdu TƏFƏRRÜAT

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham olunan sürücüyə hökm oxunub.

Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Qiyaməddinli kəndində baş verib.

İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Tərlan 29 iyul 2024-cü ildə saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ-21015” markalı avtomobillə sürət həddini aşıb. Nəticədə yol kənarında olan piyada Məmməd Məmmədovu vurub.

Yaralıya xəstəxanada tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Avqustun 4-də Məmməd Məmmədov Bakı şəhərindəki “Avrasiya” klinikasında ölüb.

Hadisəni törədən Tərlanın barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Tərlan ona elan olunmuş özünü təqsirli bilib. İfadəsində göstərib ki, iyulun 29-da etibarnamə ilə sürücülük vəsiqəsi əsasında idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndinə gəlib: “İşlərimi görüb geri qayıdanda yolun kənarında köhnə iş yoldaşım Fəridi gördüm. Avtomobilimi saxladım, Fəridlə görüşdüm. Fərid Bərdə rayonuna getdiyini dedi. Yolum həmin ərazidən keçdiyi üçün onu da maşınıma götürdüm.

Fərid avtomobilə əyləşdikdən sonra maşını saatda 90 sürətlə idarə etdim. Saat 19 radələrində Ağcabədi rayonunun Yuxarı Qıyamaddinli kəndi ərazisindən keçəndə qəflətən hərəkət istiqamətimə mal-qara çıxdı. Heyvanları vurmamaq üçün qarşı hərəkət istiqamətinə çıxdım, orda da yolda olan inəkləri vurdum. Bu zaman mal-qaranı gətirən piyadanı görmədim.

Avtomobildən düşəndə orada adını bildiyim Məmmədi vurduğumu gördüm. Onu yoldan keçən başqa bir avtomobillə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yola saldıq. Sonra özüm də xəstəxanaya getdim. Məmməd aldığı xəsarətlərdən ölüb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Məmmədin yaxın adamlarından üzr istəyib, mərhumun hüquqi varisi onu bağışlayıb və onunla barışıb.

Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə Tərlan 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib və 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası alıb.

Təqsirləndirilən şəxsə təyin edilmiş əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 May 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri