Icma.az
close
up
RU
Ağcabədidə həmkəndlisini bıçaqlayan 44 yaşlı kişi dəlixanaya göndərildi

Ağcabədidə həmkəndlisini bıçaqlayan 44 yaşlı kişi dəlixanaya göndərildi

Icma.az, Demokrat.az saytına istinadən bildirir.


Ağcabədi rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-
ın əldə etdiyi məlumata görə, hadisə 1 fevral 2024-cü ildə Ağcabədi rayonunun Avşar kəndi ərazisində baş verib. 1981-ci il təvəllüdlü Qoşqar həmin gün saat 11 radələrində ictimai yer hesab edilən Ağcabədi rayonunun Avşar kəndi ərazisində yerləşən “avtoyuma” məntəqəsinin yanında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib. 
Qoşqar avtoyuma mənqətəsinə gəlmiş şəxslərin oturub stolüstü oyunlar oynaması üçün qoyulmuş masada əyləşən həmkəndlisi Eldarı üzərində gəzdirdiyi bıçaqla iki dəfə zərbə vurub. 
Hadisəni törədən Qoşqarın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə təmin edilən Qoşqar anlaqsız vəziyyətdə olduğu, həmçinin nitqində ciddi qüsurlar olması səbəbindən ifadə vermək iqtidarında olmadığı üçün dindirilməsi mümkün olmayıb. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Eldarın sözlərinə görə, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonunun Avşar kəndində yaşayır: 
“Təqsirləndirilən Qoşqar mənim həmkəndlimdir. 1 fevral 2024-cü ildə, saat 11 radələrində Ağcabədi rayon Avşar kəndi ərazisində yerləşən avtoyuma məntəqəsinə özümə məxsus avtomobili yuduzdurmaq üçün verdim. Özüm də həmin avtoyuma məntəqəsinin yaxınlığında qoyulmuş stolun ətrafında oturdum. Həmin vaxt Qoşqar yanımıza gələrək arxadan mənə yaxınlaşdı, boyun nahiyyəmdən tutdu və üzərində gətirdiyi bıçağı sinə nahiyyəmə vurdu. Qoşqarın arxasınca  ilə gələn Nəsibov əlindən bıçağı almaq istəyən zaman Qoşqar yenə də məni vurmaq istədi. Əllərimi qabağa verdim və bıçaq barmaqlarımı kəsdi. Daha sonra Qoşqar yenə də məni vurmaq istəyərkən hadisə yerindən uzaqlaşaraq özümə məxsus avtomobilə əyləşdim, Ağcabədi rayon mərkəzi xəstəxanasına müraciət etdim. Xəstəxanada mənə ilkin tibbi yardım göstərildikdən sonra sinə nahiyyəmin üzərində olan kəsilmiş kəsiyə tikiş atıldı”.
Bu cinayət işinə Ağcabədi Rayon Məhkəməsində baxılıb. 
Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq olunaraq ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.
Qərarın icrası Ağcabədi Rayon Polis Şöbəsinə və Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Aprel 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see341

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see245

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see241

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see215

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see206

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see200

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see165

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see155

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see155

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see140

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see138

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see131

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri