Ağcabədidə itkin düşən oğlanın meyiti kanaldan tapıldı YENİLƏNİB
Icma.az bildirir, Lent az portalına istinadən.
Ağcabədidə itkin düşən yeniyetmənin meyiti tapılıb.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, fevralın 6-da Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində batan 17 yaşlı Həsənov Adil Əkbər oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
6 fevral, saat: 09:35
Ağcabədidə yeniyetmə itkin düşüb.
Lent.az-ın məlumatına görə, şəhərin Babək küçəsində yaşayan 17 yaşlı Həsənov Adil Əkbər oğlu fevralın 4-də evdən çıxaraq geri qayıtmayıb.
Bu barədə onun atası polisə müraciətində bildirib.
Araşdırma zamanı Adil Həsənova məxsus “Redmi” markalı mobil telefon Yuxarı Qarabağ kanalının kənarında tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 07 Fevral 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















