Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir

Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Salyan Rayonlararası Psixiatriya Xəstəxanası bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “QUBADOĞLU” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Xəstəxanasının baş həkimi Bəylərov Allahverdi Keşdasif oğlu ilə “Qubadoğlu”MMC-nin direktoru Vüsal Məhərrəmov Qubad oğlu arasında 502.655,86 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının vahid internet portalına 17.01.2025  yerləşdirilib.

Qeyd edək ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanası bir mənbədən keçirdiyi bu tenderdə satın alınan predmet bəlli deyil. Odur ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının yarım milyon manatlıq bi satınalması ətrafında araşdırma aparmalı olduq. Məlum oldu ki, “Qubadoğlu” MMC Ağcabədi rayonu Aşağı Avşar kəndində ət kəsimi-satışı ilə məşğul olur. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirəcək ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.qurbanliq.satish.az linkə daxil olmaqla əldə etmək olar.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QUBADOĞLU” (VÖEN: 1604035851) Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.06.2020-ci il tarixdə 8 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, KEŞLƏ ŞTQ, 1-Cİ KÖNDƏLƏN, ev 23, m. 4/1A,  qanuni təmsilçisi kimi isə Məhərrəmov Vüsal Qubad oğlu qeyd olunub.

Bundan əlavə elektron medianın 2024-cü ilin fevralında yaydığı yaydığı məlumata görə “Qubadoğlu”MMC-yə qarşı İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə ittiham irəli sürülüb. İşə Nizami Rayon Məhkəməsində Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq.

Daha bir məlumatda isə “Qubadoğlu”MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə iş başlanıb. İşə Xəzər Rayon Məhkəməsində baxılacaq. Hüseyn Hüseynli iş üzrə hakim təyin edilib.

Qeyd edək ki, 483-cü maddədə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tulur.

Göründüyü kimi, “Qubadoğlu”MMC-nin adı təkrar olunan bir sıra şübhəli maliyyə əməliyyatlarında hallanır. Bəs necə olur ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanası adı belə şübhəli maliyyə əməliyyatlarında hallanan bir MMC ilə yarım milyon manat dəyərində satınalma müqaviləsi bağlayıb.

Bu hələ hamısı deyil. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanası “Qubadoğlu”MMC 2024-cü ildə daha iki satınalma müqaviləsi bağlayıb.

Bir mənbədən satınalma metodu ilə 33.026,54 manat dəyərində müqavilə 04.06.2024-cü ildə, 257.232,43 manat dəyərində müqavilə 04.06.2024-cü ildə. Göründüyü kimi Salyan Rayonlararası Psixiatriya Xəstəxanası  son 7 ayda “Qubadoğlu”MMC ilə ümumi dəyəri 792 913 manat olan 3 satınalma müqaviləsi bağlayıb. Hamısı da bir mənbədən satınalma metodu ilə.

Bəs satınalmalarda bir mənbədən satınalma metodu nə vaxt tətbiq edilə bilər? “Dövlət Satınalmaları Haqqında” Qanunun 49-cu maddəsinə görə: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:

Göründüyü kimi Salyan Rayonlararası Psixiatriya Xəstəxanası təcili tələbatı açıqlamadan, xüsusi hüquqlara malik olmayan, onlarla əvəzedicisi və alternativi olan, bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalma prosesində qanun pozuntularına yol verildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Allahverdi Bəylərovdu. O, bu vəzifəyə 2017-ci ilin avqust ayında təyin olunub. 1984-1992-ci illərdə Ağdam Mərkəzi Rayon Xəstəxanasında həkim işləyib. 1992-95-ci illərdə Ağdamda cəbhə bölgəsində olub. 2000-ci ildə ixtisasdəyişmə kursunu keçərək “Psixiatr” ixtisasına yiyələnib. 1996-cı ildən isə Daxili İşlər Nazirliyində həkim işləyib. 2000-2015-ci illərdə Ədliyyə Nazirliyinin Perinatal Xidmətində həkim-ordinator və şöbə rəisi işləyib.

Qeyd edək ki, 150 çarpayılılıq Salyan rayonlararası Psixiatriya xəstəxanası 1963 cü ildən fəaliyyət göstərir. Xəstəxana Salyan rayon sakinləri ilə yanaşı Biləsuvar, Neftçala, Hacıqabul, Ucar, Zərdab, Ağsu, Saatlı, Sabirabad rayonlarını və Şirvan şəhərinin sakinlərinə tibbi xidmət göstərir. 2013-cü ildə xəstəxana üçün 100 çarpayıq yeni korpus tikilib istifadəyə verilmişdir.

Xatırladaq ki, Allahverdi Bəylərovun rəhbərlik etdiyi xəstəxanada 2021-ci ilin avqustunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xəstəxananın baş həkimi vəzifəsini icra edən, 1-ci Psixiatriya şöbəsinin müdiri Kərimov Yaşar Məlik oğlunun əlillik dərəcəsi təyin edilməsi üçün əsas olan xəstəliyini təsdiq edən sənədin verilməsi müqabilində xəstəxanada stasionar müalicə almayan Məmmədov Sahib Vafiq oğlundan (ad şərtidir) müxtəlif vaxtlarda xəstəxananın Salyan rayonu ərazisində yerləşən inzibati binasında 800 manat pulu rüşvət kimi almasına əsaslı şübhələr müəyyən edilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, habelə prokurorluğun təqdimatı əsasında məhkəmə qərarı ilə vəzifədən kənarlaşdırılıb.

Aktualinfo.org

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Yanvar 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see477

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see377

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see338

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see292

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see289

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see284

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri