Ağcabədidə ölən 9 aylıq körpənin atası: Xəstəxanada hava balonu tapmadı
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Ağcabədi rayonunda 9 aylıq körpənin öldükdən sonra ayılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Oxu.Az-a körpənin atası Pərviz İsgəndərli məlumat verib.
O bildirib ki, yayılan məlumatlarda yanlışlıq var:
"Hadisə belə olub. Qızım Elif Pərviz qızı İsgəndərlinin evdə hərarəti yüksəldi və təngnəfəs oldu. Uşağı təcili Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırdıq, orada süni nəfəs aparatına qoşuldu. Bundan sonra vəziyyəti stabilləşdi. Amma gecə saat 02:00 radələrində hava balonunda oksigen bitdiyi üçün uşaq aparatdan ayrılıb. Xəstəxana hava balonu tapmadı və oksigen olmadığından övladımın ağ ciyərində problem yarandı. Nəticədə körpənin mədəaltı vəzi sıradan çıxdı, şəkəri yüksəldi və o, komatoz vəziyyətə düşdü".
P.İsgəndərli bildirib ki, həkimlərin məsuliyyətsizliyindən körpəyə baxış keçirilməyib:
"Həkimlər körpəni atama təhvil verib, xəstəxanadan çıxarıblar. Atam da təcili olaraq körpəni Bakıya - K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırıb. Burada məlum olub ki, uşaq komadadır və beyni sıradan çıxıb. 7 gün burada koma vəziyyətində müalicə olsa da, uşağın səhhətində irəliləyiş olmadı. Həkimlər bildirdilər ki, körpənin bütün orqanları sıradan çıxıb.
Daha sonra qızımı özəl xəstəxanaya yerləşdirdik. Amma bu xəstəxananın həkimləri də bildirdilər ki, uşağın yaşaması mümkün deyil.
Uşağı süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə Bərdəyə gətirdik ki, evə qədər yaşasın. Bərdədə uşağı aparatdan ayırdılar və o, dünyasını dəyişdi. Uşağı evimizə, Ağcabədi rayonunun Qaradolaq kəndinə gətirdik. Dəfn mərasiminə hazırlaşarkən uşaq nəfəs almağa başladı, evə qaldırdıq. Evdə yenidən nəfəs darlığı başladı. Təcili tibbi yardım çağırsaq da, həkimlər heç bir müdaxilə edə bilmədi. Uşaqda şəhər yüksəldi və rəhmətə getdi.
Mənim uşağım Ağcabədi rayon Mərkəzi Xəstəxanasının həkim və tibb bacılarının məsuliyyətsizliyinin qurbanı olub. Məsələ ilə bağlı bütün aidiyyəti qurumlara məlumat vermişik".
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 02 Yanvar 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















