Ağcabədidəki dəhşətli qəzada ölən şəxs QAZİ İMİŞ
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Martın 23-ü Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi zamanı vəfat edən şəxs İkinci Qarabağ müharibəsinin qazisi olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 19.02.1987-ci il təvəllüdlü Şaiq Firdosi oğlu Ələsgərov Vətən müharibəsi baş verən ərəfədə könüllü olaraq ordu sıralarına qatılıb.
Müharibədə ölümdən xilas olan Şaiq Ələsgərov baş verən qəzada həyatını itirib.
Xatırladaq ki, hadisə rayonun Hindarx qəsəbəsi ilə Hüsnülü kəndi arasında qeydə alınıb. Belə ki, Hindarx qəsəbə sakini, 1987-ci il təvəllüdlü Şaiq Ələsgərovun idarə etdiyi "Mercedes" markalı avtomobillə 1996-cı il təvəllüdlü Bayram İsmayılovun idarə etdiyi "Hyundai" markalı avtomobil toqquşub. Qəza nəticəsində Şaiq Ələsgərov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib, Bayram İsmayılov xəsarət alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 24 Mart 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















