Icma.az
close
up
RU
Ağcaqanadlar hər il 700 mindən çox insanın həyatına son qoyur

Ağcaqanadlar hər il 700 mindən çox insanın həyatına son qoyur

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 13 mart, AZƏRTAC

Hər il heyvanlar yaxud da həşəratlar təxminən 1,5 milyon insanın ölümünə səbəb olur, 500 mindən çox insan isə baş verən münaqişələr nəticəsində həyatını itirir.

Şübhəsiz ki, həşəratlar arasında əsas “qatillər” ağcaqanadlardır. AZƏRTAC xəbər verir ki, onlar min illərdir insanlar üçün ən böyük təhlükələrdən biri olaraq qalır və hər il təxminən 760 min insanın həyatına son qoyur. Bu ölümlərin 80 faizdən çoxu malyariya ilə bağlıdır. Xəstəlik əsasən “Anopheles” cinsinə aid ağcaqanadlar tərəfindən yayılır. Malyariya hər il təxminən yarım milyon uşağın ölümünə səbəb olur.

Bundan əlavə, ağcaqanadların yaydığı digər xəstəliklər nəticəsində hər il təxminən 100 min insan həyatını itirir. Bunlara aşağıdakılar daxildir:

• denge qızdırması;

• sarı qızdırma;

• yapon ensefaliti.

Bu xəstəliklərin bir hissəsi “Aedes aegypti” növünə aid ağcaqanadlar tərəfindən yayılır.

İnsanlarda ən geniş yayılmış fobiyalardan biri ilanlardır. Onlar ölüm sayına görə ikinci yeri tutur. Zəhərli ilanların səbəb olduğu ölümlərin dəqiq sayını müəyyən etmək çətindir. Belə halların çoxu ölüm hallarının tam qeydiyyata alınmadığı kənd ərazilərində baş verir. Bununla belə, ən real qiymətləndirməyə görə, ildə təxminən 100 min insan ilan sancmasından ölür.

Digər ölüm hallarının böyük hissəsi itlərin payına düşür. İnsanlar adətən onları ev heyvanı kimi qəbul etsələr də, bu halların əksəriyyəti itlərin dişləməsi nəticəsində ötürülən quduzluq xəstəliyi ilə bağlıdır.

Şirin su ilbizləri isə hər il təxminən 14 min insanın ölümünə səbəb olur. Bu, şistosomoz xəstəliyinin yayılması ilə əlaqədardır.

Siyahının sonunda adətən qorxulu filmlərində tez-tez rast gəlinən heyvanlar – akula və canavarlar yer alır. Baxmayaraq ki, onların insanlara hücumları çox nadir hallarda baş verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Mart 2026 07:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri