Ağciyər xərçənginin üç əsas səbəbi açıqlandı
Icma.az, Olke.az saytına istinadən bildirir.
"Qadınlarda siqaret çəkmək ağciyər xərçəngi riskini 1,2–1,7 dəfə artırır.
Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə onkoloq Andrey Nefedov danışıb.
Həkimin sözlərinə görə, ağciyər xərçənginin yaranmasına səbəb olan üç əsas amil var. Birinci amil siqaret çəkməkdir. Xüsusilə qadınlarda bu risk daha yüksəkdir, çünki siqaret onların DNT-sinə və hüceyrə quruluşuna daha çox zərər vurur. Nəticədə qadın siqaret çəkənlərdə ağciyər xərçəngi riski kişilərlə müqayisədə 1,2–1,7 dəfə artıq olur.
Onkoloq əlavə edib ki, xroniki obstruktiv ağciyər xəstəliyi ağciyər xərçəngi riskini 4 dəfə, interstisial ağciyər xəstəlikləri isə 3,5–7,5 dəfə artırır.
Bundan başqa, keçirilmiş vərəm də ağciyər xərçəngi ehtimalını iki dəfədən çox yüksəldir.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 30 Oktyabr 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















