Icma.az
close
up
RU
Ağdam Cümə məscidində 31 ildən sonra camaat namazı qılındı

Ağdam Cümə məscidində 31 ildən sonra camaat namazı qılındı

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları Ağdama səfər çərçivəsində Şəhidlər xiyabanını və Cümə məscidini ziyarət ediblər.

Qonaqlara işğal dövründə məscid və dini abidələrə qarşı törədilən vandalizm haqqında faktlar nümayiş olunub.

Sonra Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş azan verib, daha sonra onun imamətliyi ilə camaat namazı qılınıb.

Eyni zamanda Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinin müavini Eldar Seyidov Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına Birinci Qarabağ müharibəsi, Xocalı faciəsi qurbanları və Ağdamda dəfn edilən Vətən müharibəsi şəhidləri ilə bağlı məlumat verib.

Dini liderlər şəhidlərin məzarlarını ziyarət edib, ruhlarına dualar, Qurandan ayələr oxuyublar.

Qeyd edək ki, noyabrın 5-6-da Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları – patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin media subyektlərinin nümayəndələri qatılmışdı. Sammit iştirakçıları bu gün Ağdam və Füzuli ilə bərabər, Xocalı, Əskəran, Xankəndi və Şuşada da işğal dövründə erməni vandalizminə məruz qalan abidələrin dağıntıları ilə tanış olacaqlar, Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq tədbirləri barədə məlumatlandırılacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 Noyabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see212

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see200

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see172

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see165

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see149

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see143

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see141

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see141

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see139

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see130

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see128

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see127

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see126

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see122

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri