Ağdam, Füzuli və Xocavənddə bu işlərə ayrılan vəsaitin MƏBLƏĞİ
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ağdam, Füzuli və Xocavənd şəhərlərində təməlqoyma mərasimlərinin təşkili layihələri üzrə müəyyən işlərə başlanılır.
Modern.az Trend-ə istinadən məlumat verir ki, qeyd olunan şəhərlərdə sözügedən layihələr üzrə ərazinin hazır vəziyyətə gətirilməsi üçün torpaq və şaquli planlaşdırma işləri həyata keçiriləcək.
Artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində hazırlıq işləri yekunlaşıb.
Qurum sözügedən işlərin icrasını “Kontur Arxitektura Layihə-Sənaye” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb. Müüqaviləyə əsasən, şirkətə 29,5 min manat ödənilib.
Qeyd edək ki, “Kontur Arxitektura Layihə-Sənaye” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 322 min manat olan QSC-nin qanuni təmsilçisi Sadıqov Rauf Sahib oğludur.
Baxış sayı:138
Bu xəbər 13 Yanvar 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















