Icma.az
close
up
RU
Ağdam inkişaf və ümüd şəhəri kimi yeni dövrə qədəm qoyub

Ağdam inkişaf və ümüd şəhəri kimi yeni dövrə qədəm qoyub

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

20 Noyabr Azərbaycan tarixində xüsusi məna daşıyan günlərdən biridir. Bu tarix Ağdam şəhərinin işğaldan azad edilməsinin rəmzi olaraq qeyd olunur və Qarabağın dirçəliş salnaməsində mühüm mərhələ kimi yadda qalır.

 Ağdam uzun illər boyu Azərbaycanın ən mühüm mədəni, iqtisadi və sosial mərkəzlərindən biri olub. Lakin 1993-cü ildə Ermənistan tərəfindən işğal edilməsi nəticəsində şəhər viran edilmiş, “Qafqazın Xirosiması” adlandırılacaq dərəcədə dağıntılara məruz qalmışdır. Bu amansızlıq təkcə maddi irsin deyil, həm də mənəvi dəyərlərin məhv edilməsi demək idi.

2020-ci il 10 noyabr üçtərəfli Bəyanatına əsasən Ağdam rayonunun işğaldan azad edilməsi Azərbaycanın tarixi ədalətinin bərpası baxımından dönüş nöqtəsi oldu. 20 noyabrda Azərbaycan Ordusu Ağdama daxil olaraq şəhərdə üçrəngli bayrağımızı dalğalandırdı. Həmin günün Ağdam Şəhəri Günü kimi qeyd olunması təkcə qələbənin deyil, həm də yenidənqurma, inkişaf və gələcəyə inamın rəmzi kimi yaddaşlara həkk edildi.

Ağdamın işğaldan azad olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinin, diplomatik çevikliyinin və güclü liderliyinin birbaşa nəticəsi oldu. 2020-ci ildə Ali Baş Komandan kimi ordunun hərbi uğurlarını siyasi masada da möhkəmləndirərək imzaladığı 10 noyabr Bəyanatı ilə Ağdam rayonunun bir güllə atmadan geri qaytarılmasına nail oldu. Cənab Prezident  dəfələrlə vurğulayıb ki, bu nəticə həm ordumuzun qüdrətinə, həm də Azərbaycanın haqq səsinin beynəlxalq müstəvidə qətiyyətlə müdafiə olunmasına əsaslanır. Məhz bu siyasi iradə Ağdamın azadlığına gedən yolu açdı və onun sonrakı dirçəlişinin təməlini qoydu.

Bu gün Ağdam böyük bir bərpa və quruculuq mərhələsinə qədəm qoyub. Azərbaycan dövləti tərəfindən şəhərin Baş planı hazırlanmış, genişmiqyaslı infrastruktur layihələrinə start verilmiş, yollar, elektrik, su və kommunikasiya xətləri çəkilir. Keçmiş köçkünlərin doğma yurdlarına qayıtması üçün yeni yaşayış massivləri salınır. Şəhərin mədəni simvolu olan Ağdam Çörək Muzeyi, Dram Teatrı, İmarət kompleksi kimi abidələrin bərpası da planlaşdırılır. Bütün bunlar Ağdamın təkcə fiziki olaraq dirçəldilməsini deyil, həm də onun tarixi kimliyinin və ruhunun yenidən canlandırılmasını göstərir.

20 Noyabr həm də şəhidlərimizin və qazilərimizin əziz xatirəsinin anıldığı gündür. Azərbaycan xalqı Ağdamın azadlığı uğrunda canını fəda edən qəhrəman övladlarını böyük ehtiramla yad edir. Bu günün qeyd olunması gənc nəslə də Qarabağın əhəmiyyətini, torpaq sevgisini və vətənə bağlılığı aşılayır.

Bu tarixi gün Ağdamın artıq viranlıq simvolu deyil, dirçəliş, inkişaf və ümid şəhəri kimi yeni bir dövrə qədəm qoyduğunu təsdiqləyir. 20 Noyabr – Ağdam Şəhəri Günü bu dirçəlişin bayramıdır və Azərbaycanın tarixində yeni parlaq səhifənin başlanğıcını ifadə edir.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Noyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see313

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see227

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see226

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see225

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see201

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see158

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see155

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see153

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see152

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see149

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see140

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see138

Lindblad: “F1” yeni pilotlarının çoxundan bir az fərqli vəziyyətdəyəm”

03 Yanvar 2026 03:14see138

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see137

General polkovnik Elçin Quliyev Elnarə Xəlilovanı təltif etdi FOTO

03 Yanvar 2026 02:31see136

Qarğa qarıldaması nəyə işarədir? Dünyanın ən ağıllı quşunun səsində gizlənən HƏQİQƏTLƏR

02 Yanvar 2026 15:15see134

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see133

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see132

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see131

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri