Icma.az
close
up
RU
Ağdam Qarabağın ədəni və sosial mərkəzlərindən birinə çevriləcəkdir Deputat

Ağdam Qarabağın ədəni və sosial mərkəzlərindən birinə çevriləcəkdir Deputat

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"20 Noyabr – Ağdam şəhəri günü işğaldan azad edilmiş ərazilərdə yeni dövrün başlanması, dağıdılmış şəhərin yenidən dirçəlməsi və tarixi ədalətin bərpasının təntənəsidir. Bu tarix həm də Qarabağın strateji mərkəzi olan Ağdamın müasir inkişaf mərhələsinə qədəm qoymasının göstəricisidir". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.  

Parlamentari diqqətə çatdırıb ki, “Ağdam” toponimi qədim türk dilində “kiçik qala” mənasını daşıyır. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli tayfalar özlərini müdafiə etmək məqsədilə əsasən kiçikhəcmli qalalar inşa edirdilər.

"XVIII əsrin birinci yarısında Qarabağ xanlığının banisi Pənahəli xan bu ərazidə öz yaşayış imarətini ağ daşdan tikmək barədə əmr vermişdir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün istiqamət nişanına çevrilmişdir. Bu mənada “Ağdam” həm işıqlı, həm də günəş şüaları ilə nurlanmış ev anlamı daşıyır.

1993-cü il 23 iyul tarixində Ağdam uğrunda 42 gün davam edən döyüş nəticəsində rayon ərazisinin 73 faizi işğal edilmişdir. İşğal nəticəsində 882 kvadrat kilometr ərazi, rayon mərkəzi və 90 kənd düşmən nəzarətinə keçmiş, 128 min sakin məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. Həmin dövrdə minlərlə insan yaralanmış, 6 mindən çox şəhid verilmiş və əhali öz doğma torpaqlarından qovulmuşdur. İnsanlar Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşaraq ağır sosial və iqtisadi şərtlər altında həyatlarını davam etdirmişlər.

BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi işğalçı qüvvələrin Ağdamdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etmiş, lakin Ermənistan beynəlxalq qərarlara məhəl qoymamışdır. Eyni zamanda işğal zamanı coğrafi adların dəyişdirilməsi, mülki əmlakın talan edilməsi və tarixi-mədəni abidələrin dağıdılması kimi cinayətlər törədilmişdir. Ağdam bu səbəbdən “Qafqazın Xirosiması” kimi tanınmışdır.

2020-ci ilin Vətən müharibəsi Azərbaycanın suverenliyinin bərpası və tarixi ədalətin təminatı ilə nəticələndi. 10 noyabr Bəyanatına əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal altında olan hissəsi Azərbaycana təhvil verilmişdir. Bu faktor həm də insan tələfatının qarşısını almışdır. Eyni ildə Prezident İlham Əliyev tərəfindən “Ağdamın azad olunmasına görə” medalı təsis edilmiş və 5.790 hərbi qulluqçu medalla təltif edilmişdir. Dövlətimizin başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmiş, 20 noyabr isə rəsmi olaraq Ağdam şəhəri günü elan edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Baş plana əsasən, Ağdam azad edilmiş ərazilərin ən böyük şəhərinə çevriləcək və burada 100 min nəfərdən çox əhali yaşayacaqdır.

Hazırda Ağdamda geniş tikinti-quruculuq işləri davam edir, şəhərin beş məhəlləsi nəzərdə tutulub və ikinci məhəllədə 66 bina artıq tikilməyə başlanıb.

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir və ölkədə rezident sayına görə ikinci ən böyük sənaye parkıdır. Burada 28 sahibkarlıq subyekti rezident statusu almış, 4 sahibkara isə qeyri-rezident statusu verilmişdir. Parkda hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi davam edir.

Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin ikinci mərhələsi çərçivəsində inşa edilən kompleks 2025-ci il mayın 10-da istifadəyə verilmişdir. Həmin tarixdə istifadəyə verilən Ağdam Muğam Mərkəzi 474 yerlik konsert zalına malikdir. Mərkəzdə həm muğam konsertləri keçiriləcək, həm də muğam tədrisi üçün şərait yaradılacaq. Bu mərkəz Qarabağ bölgəsində qədim muğam sənətinin işğaldan əvvəlki şöhrətini bərpa etməklə yanaşı, gənc nəsildə muğama sevgi aşılayacaq və mədəni irsin qorunmasına mühüm töhfə verəcəkdir.

20 Noyabr – Ağdam şəhəri günü tarixi ədalətin bərpasını, böyük qayıdışı və gələcəyə yönəlik strateji inkişafı simvolizə edir. Dağıdılmış şəhərin yenidən qurulması tarixi torpaqlara qayıdışı nümayiş etdirir və işğaldan azad edilmiş ərazilərin sosial, iqtisadi və mədəni potensialının tam reallaşdırılmasına zəmin yaradır. Ağdam yenidən dirçəlir, müasir şəhər standartlarına uyğun inşa olunur və yaxın illərdə Qarabağın iqtisadi, mədəni və sosial mərkəzlərindən birinə çevriləcəkdir". 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Noyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see249

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see215

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see204

Avropa İttifaqı bizim üçün təhlükə yaradır Viktor Orban

17 Noyabr 2025 16:52see158

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see150

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see141

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see139

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see135

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see130

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see129

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see128

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see128

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see125

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan rayonlarına səfər ediblər

17 Noyabr 2025 18:11see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri