Ağdam rayonunda fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi Ağdam rayonunun Quzanlı qəsəbəsində və ətraf kəndlərində fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.
Newscenter.az xəbər verir ki, sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmə səviyyəsinin artırılması və uçot məlumatların dəqiqləşdirilməsi məqsədilə təşkil edilmiş görüşdə Qarabağ Ərazi Vergilər Baş İdarənin rəisi Ələkbər Məmmədov işğaldan azad edilmiş ərazilərdə vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlər üçün nəzərdə tutulan vergi və gömrük güzəşt və azadolmaları barədə ətraflı məlumat verib. Müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dən çox mikro və kiçik sahibkarlıq subyekti iştirak etdiyi tədbirdə vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin (obyektlərinin) vergi uçotuna dair məsələlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi borcları, vergi uçotunun dürüstləşdirilməsi kimi məsələlər diqqət mərkəzində olub. Vergi ödəyicilərinin fəaliyyətində vergi orqanının qarşılaşdığı məsələlər barədə danışan baş idarə rəisi vergi qanunvericiliyinə düzgün əməl edilməsi, işəgötürənlər tərəfindən işçilərlə əmək müqavilələrinin bağlanılması, ticarət, xidmət və iaşə obyektlərində NKA və POS-terminalların quraşdırılması zərurətini xüsusi vurğulayıb.
Görüşdə vergi qanunvericiliyinin tətbiqi ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirildi
19 Dekabr 2025 12:06
Şirvan şəhərində vergi ödəyiciləri ilə görüş keçirilib
06 Yanvar 2026 18:08
Vergi ödəyiciləri ilə görüşlər
16 Mart 2025 03:57
Ağdam rayonunda görüş keçirilib
10 Oktyabr 2025 15:23
Laçın rayonunda fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib
14 Mart 2025 18:01
Baxış sayı:101
Bu xəbər 24 Oktyabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















