Ağdam sakinləri peşə hazırlığı keçir
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzi Ağdam şəhərində daha bir qrup sakin üçün peşə hazırlığı kursuna başlayıb.
Kursda müdavimlərə tikişçi peşəsi üzrə nəzəri və praktiki biliklər tədris edilir, müasir istehsalat proseslərinə uyğun bacarıqlar öyrədilir.
Onlar peşə hazırlığı kursunu bitirdikdən sonra Ağdamda fəaliyyətə başlayacaq “Komfy” MMC-də müvafiq işlə təmin olunacaqlar.
Məqsəd regionda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə bu sahədə peşəkar kadrlara olan tələbatın qarşılanması, işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələmələrinə dəstək göstərməkdir.
Bu mövzuda digər xəbərlər:Ağdam sakinləri üçün kurslar təşkil olunacaq
24 May 2025 18:09
Prezident və xanımı Ağdam sakinləri ilə görüşdü
24 Dekabr 2025 12:51
Ağdam şəhərinin sakinləri üçün bayram konserti keçirilib
16 Mart 2026 18:46
Xankəndi və Xocalı sakinləri üçün yeni peşə hazırlığı kursuna başlanıb
30 İyun 2026 15:42
Ağdam şəhər sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib
03 Noyabr 2025 14:43
Baxış sayı:172
Bu xəbər 24 İyun 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















