Icma.az
close
up
RU
Ağdam Şəhəri Günü: “Bu, hamımızın qələbəsidir”

Ağdam Şəhəri Günü: “Bu, hamımızın qələbəsidir”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabah Ağdamın işğaldan azad olunmasından 5 il ötəcək.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərin nəticəsi olaraq 3 şəhərimiz müharibəsiz geri qaytarıldı.

Onlar Ağdam, Laçın və Kəlbəcər idi. 20 noyabr 2020-ci il Ağdamın öz sahiblərinə geri qaytarıldığı gündür. Hansısa döyüş əməliyyatı aparılmadan Ağdamın işğaldan azad edilməsi çox böyük diplomatik və hərbi uğur kimi qiymətləndirilir.

Üstəlik, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən hər ilin 20 noyabrı Ağdam Şəhəri Günü kimi müəyyən olub.

Qeyd edək ki, hazırda Ağdamda çox ciddi yenidənqurma və bərpa işləri aparılır. Şəhərin əzəmətini geri qaytaracaq əsas layihələrdən biri Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksidir. 

Bu kompleks Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub və 2025-ci il mayın 10-da açılıb. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.

Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub, uzunluğu 350 metrdir. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb. 

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Ağdamın işğaldan azad olunması Azərbaycan dövləti, xalqı və Prezidenti adına çox böyük uğurdur:

“5 il bundan əvvəl heç bir vətəndaşımızın qanı tökülmədən tarixi şəhərimiz işğaldan azad olundu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev böyük geosiyasi gediş edərək, siyasət ustalığı nümayiş etdirərək bu uğura imza atdı.

Nəzərə almaq lazımdır ki, Ermənistan Qarabağda özünə müdafiə cəbhəsini məhz Ağdam üzərində qurmuşdu. Yəni bu şəhərin döyüş yolu ilə azad olunması mərd oğullarımızın həyatını təhlükəyə atardı. Lakin cənab Prezident İlham Əliyev strateji, diplomatik və hərbi gediş edərək istəyinə nail oldu”. 

Partiya sədri vurğulayıb ki, Ağdamın müharibəsiz şəkildə işğaldan azad olunması çox böyük uğurdur:

“Ağdam şəhəri çox böyük strateji əhəmiyyətə malikdir. Biz bu Zəfərə Ordumuz, xalqımız, Müzəffər Ali Baş Komandanımız, Prezidentimizlə birlikdə iqtidarlı-müxalifətli birgə nail olduq.

Bu diplomatik uğur hamımızın qələbəsidir. Bunu yüksək səviyyədə qiymətləndirməliyik. Bir daha bu xalqımızı təbrik edirəm”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: 20 Noyabr Ağdam

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri