Ağdam şəhərinə növbəti köç olacaq
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Moderator.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ağdam sakinləri arasında evlərin bölgüsünə dair püşkatma keçirilib.
Seçim mərhələsi zamanı qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və həmin bölgələrə həyatın qaytarılması dövlət siyasətinin əsas prioritetlərindəndir.
Aprelin 15-də keçirilən püşk atmada 246 ailə iştirak edib. Ümumilikdə isə ilin sonunadək 3 422 ailənin mərhələli şəkildə köçürülməsi planlaşdırılır. Bildirilib ki, məcburi köçkünlərin təhlükəsiz və mərhələli şəkildə öz yurdlarına dönüşü “Böyük Qayıdış” proqramı çərçivəsində davam etdirilir.
Keçmiş məcburi köçkünlər bu ayın sonuna kimi, doğma yurdlarına yola salınacaqlar.
Nəzərinizə onu da çatdıraq ki, yaxın vaxtlarda Qubadlı rayonu üzrə də püşkatma keçiriləcək.
Pərvin Şakirqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 16 Aprel 2026 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















