Icma.az
close
up
RU
Ağdamda 27 yaşlı oğlan İTKİN DÜŞÜB

Ağdamda 27 yaşlı oğlan İTKİN DÜŞÜB

Ağdamda itkin düşən şəxs axtarılır.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Ağdam rayon sakini, 1997-ci il təvəllüdlü Telmanzadə Tuncay Elman oğlunun itkin düşməsi barədə Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub.
İtkin düşən şəxsin əlamətləri: boyu 198 sm, iri bədən quruluşlu, saçları sarı rəngli, gözləri göy rəngdədir.
Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti -Zəng Mərkəzinə, o cümlədən Ağdam Rayon Polis Şöbəsinin (026) 325-02-02 şəhər və (050) 482-80-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Bizim.Media

seeBaxış sayı:92
embedMənbə:https://bizim.media
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri