Ağdamda bağça müdiri rüşvətə görə həbs edildi
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağdam rayonu, Dördyol qəsəbə-2 uşaq bağçasının rüşvətalmada təqsirləndirilən sabiq müdiri Kəmalə Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə K.Quliyeva 4 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, K.Quliyeva əvvəllər də oğurluğa görə məhkum edilib və ona Xətai Rayon Məhkəməsinin hökmü ilə 1 il 2 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
İttihama görə, K.Quliyeva tələbə yoldaşı və rəfiqəsi olan Dilguşə İmanovadan onun həyat yoldaşını işə düzəltmək məqsədilə 2 min 300 manat rüşvət alıb. Daha sonra verdiyi sözə əməl etmədiyi üçün D.İmanovanın həyat yoldaşı bu barədə hüquq-mühafizə orqanlarına şikayət edib.
Samir Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 30 İyul 2025 08:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















