Ağdamda daha əvvəl də işgəncə görən körpənin anasına verilməsinin səbəbi açıqlanıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2023-cü il təvəllüdlü Musa Rəhimov xalası Şahanə Ağayeva tərəfindən işgəncəyə məruz qaldığı üçün Sosial Xidmətlər Agentliyinin 22 iyul 2024-cü il tarixli qərarı ilə Körpələr Evinə yerləşdirilib.
Bu barədə APA-ya Nəsimi Rayon Məhkəməsindən bildirilib.
Qeyd edilib ki, Ağdam Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qərarı ilə anlaqsız vəziyyətdə əməl törətmiş Şahanə Ağayeva barəsində tibbi xarakterli məcburi tədbir tətbiq olunub. Bundan əlavə, həmin məhkəmənin 12 mart 2025-ci il tarixli qətnaməsi ilə valideynlər – Rəhimov Sadiq Azay oğlu və Rəhimova Sevinc Telman qızının nikahı pozulub və azyaşlının anasının yanında saxlanılması müəyyən edilib.
Bundan sonra Sevinc Rəhimova Nəsimi Rayon Məhkəməsinə müraciət edərək övladının Körpələr Evindən götürülərək ona verilməsini xahiş edib. Məhkəmə iclasında 1 saylı Körpələr Evinin nümayəndəsi iddia tələbinə etiraz etməyib, Sosial Xidmətlər Agentliyinin nümayəndəsi isə uşağın valideyn himayəsinə qaytarılmasına hüquqi məhdudiyyət olmadığını bildirib.
Nəticədə Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli qətnaməsi ilə Musa Rəhimovun Körpələr Evindən alınaraq anası Sevinc Rəhimovaya verilməsi qərara alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 28 Avqust 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















