Ağdamda ər arvadın bıçaqladı
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ağdamda ər arvadına bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.
Modern.az xəbər verir ki, hadisə rayonun Bənövşələr qəsəbəsində, ailə münaqişəsi zəminində baş verib. Belə ki, münaqişə nəticəsində ər 1975-ci il təvəllüdlü Həsənov Rüstəm Yaqub oğlu, həyat yoldaşı, 1988-ci il təvəllüdlü Həsənova Mənzər Əncuma qızına bıçaq xəsarəti yetirib.
H.Rüstəm hadisə yerindən qaçıb. Ağdam rayon polis şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışlarını davam etdirir.
Yaralı M.Həsənova rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Xəstəxanadan əldə olunan məlumata görə, yaralı sol əlin beşinci barmağının 1.5 sm dərinliyində kəsilmiş-deşilmiş yarası ilə xəstəxananın təcili yardım şöbəsinə gətirilib. Onun həyatı təhlükəsinin olmadığı bildirilir.
Baxış sayı:176
Bu xəbər 18 Noyabr 2024 08:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















