Ağdamda ər arvadını bıçaqlayıb qaçdı
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ağdamda ər arvadına bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Bənövşələr qəsəbəsində, ailə münaqişəsi zəminində baş verib.
Belə ki, münaqişə nəticəsində 1975-ci il təvəllüdlü Rüstəm Yaqub oğlu Həsənov, həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mənzər Əncuma qızı Həsənovaya bıçaq xəsarəti yetirib.
R.Həsənov hadisə yerindən qaçıb. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışlarını davam etdirir.
Yaralı M.Həsənova rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Xəstəxanadan əldə olunan məlumata görə, yaralı sol əlin beşinci barmağının 1.5 sm dərinliyində kəsilmiş-deşilmiş yarası ilə xəstəxananın təcili yardım şöbəsinə gətirilib.
Onun həyati təhlükəsinin olmadığı bildirilir.
Baxış sayı:63
Bu xəbər 18 Noyabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















