Ağdamda kommunikasiya işlərinin görülməsinə 32 milyon manat xərclənəcək
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Ağdam şəhərinin binalarında daxili kommunikasiya işlərinin görülməsi və avadanlıqların alınması üçün 31,9 milyon manat vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti "Diler İnşaat" QSC ilə müqavilə imzalayıb.
Ağdam şəhərinin 5 nömrəli yaşayış massivi üzrə yaşayış və qeyri-yaşayış binalarını əhatə edən müqavilənin ümumi dəyəri 31 milyon 934 min 173,84 manatdır. Dekabrın 11-də başlanan təmir işlərinin bir il ərzində tamamlanması nəzərdə tutulub.
Qeyd edək ki, “Diler İnşaat” QSC 2016-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin qanuni təmsilçisi Elxan Süleymanovdur.
Baxış sayı:101
Bu xəbər 16 Dekabr 2025 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















