Icma.az
close
up
RU
Ağdamda körpələrinə işgəncə verən ana üçüncü uşağa HAMİLƏDİR

Ağdamda körpələrinə işgəncə verən ana üçüncü uşağa HAMİLƏDİR

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Xəbər verildiyi kimi Ağdamda valideynlər iki azyaşlı körpəsini döyərək ölümcül hala salıblar.
Hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb. Əqli qüsurlu olan hər iki valideyn uşaqlardan birinin bədəninin bəzi nahiyələrini dişləyərək xəsarət yetiriblər. 2 yaşlı körpə ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib və hazırda koma vəziyyətindədir. 
Bizim.Media-nın əldə etdiyi məlumata görə körpələrinə işgəncə verən ana üçüncü uşağa hamilədir.
Qeyd edək ki, azyaşlılar dəfələrlə valideynləri tərəfindən fiziki şiddətə məruz qalıb.
Hətta körpələrdən birinin işğəncəyə məruz qalması ilə əlaqədar ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, övladlığa götürmə və himayədar ailə" altsisteminə Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən müraciət daxil olub.
Həmin müraciət əsasında uşaq Sosial Xidmətlər Agentliyinin qərarı ilə 1 nömrəli Körpələr evinə yerləşdirilib.
Daha sonra körpənin anası Sevinc Rəhimova uşağı himayəsinə qaytarmaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə bu ilin iyun ayında azyaşlının anasının himayəsinə verilməsinə qərar verib. İki ay keçmiş valideynlər körpələrinə yenidən işgəncə verib və indi birinin durumu kritikdir.  
Körpələrinə dəfələrlə fiziki şiddət göstərən ata və ananın valideynlik hüququndan məhrum edilməsi ilə bağlı hüquqi işlər başladılıb. 
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin qərarı ilə hər iki uşaq sağlamlığına qovuşandan sonra Körpələr evinə yerləşdiriləcək. 
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Avqust 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri