Ağdamda qəzada yaralanan xüsusi nümayəndəliyin əməkdaşının vəziyyəti açıqlandı KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Ağdam-Füzuli yolunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə qəza baş verib, bir nəfər ölüb, daha biri yaralanıb.
KONKRET.az xəbər verir ki, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində 1996-cı il təvəllüdlü şəxs (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, qarnın küt travması, sol ayağın dördüncü barmağının əsas falanqasının yerdəyişmiş sınığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır”, – məlumatda deyilir.
Qeyd edək ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Svetlana Məmmədova həyatını itirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 06 Mart 2025 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















