Ağdamda uşaqlar üçün kompleks səyyar tibbi müayinələr təşkil olunub
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən yanvarın 23-də “Qarabağa Qayıdış” Dövlət Proqramı çərçivəsində Ağdam rayonunda uşaqlar üçün kompleks səyyar tibbi müayinələr təşkil olunub.
XQ xəbər verir ki, tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yaşayan uşaqların sağlamlığının qorunması, vaxtında diaqnostika və profilaktik tədbirlərin aparılması, habelə regionda səhiyyə xidmətlərinin əlçatanlığının artırılmasıdır.
Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim heyəti tərəfindən Ağdam rayonunda, ümumilikdə, 200-dək uşaq kompleks müayinələrdən keçirilib. Müayinələr pediatr, uşaq kardioloqu, nevroloq, otorinolarinqoloq (LOR), oftalmoloq, USM həkimi və digər ixtisaslı həkimlər tərəfindən aparılıb. Uşaqlara ümumi kliniki müayinə və antropometrik ölçülər, ürəyin USM (exokardioqrafiya), qarın boşluğu orqanlarının USM, görmə və eşitmə müayinələri, nevroloji statusun qiymətləndirilməsi kimi müayinə və prosedurlar həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 23 Yanvar 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















