Ağdamda velosiped sürən yeniyetmə yola çıxdı; ölümdən son anda qurtuldu VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağdam rayonunun İmamqulubəyli kəndində təhlükəli hadisə qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, yeniyetmə velosipedçi qəfil hərəkətdə olan avtomobilin qarşısına çıxıb. Sürücü çevik reaksiya göstərərək dərhal əyləci basıb və bunun nəticəsində yeniyetmə xəsarət almadan vəziyyətdən qurtula bilib. Həyəcan keçirən velosipedçi isə asfalta yıxılsa da özünü itirməyib və dərhal yoldan çıxıb.
Yeniyetmələrin velosipedi nəzarətsiz və təhlükəli şəkildə sürməsi son zamanlar artıb. Valideynlərin övladlarına nəzarət etməsi, onlara yol hərəkəti qaydalarını izah etməsi və yalnız təhlükəsiz ərazilərdə velosiped sürmələrinə icazə verilməsi vacibdir. Çünki bu cür məsuliyyətsiz davranışlar həm velosipedçilərin, həm də avtomobil sürücülərinin həyatını təhlükəyə atır.
Velosiped sürən yeniyetmələr əsasən yaşayış məhəllələrində, həyətyanı sahələrdə və velosiped üçün nəzərdə tutulmuş zolaqlarda hərəkət etməli, magistral və intensiv yol hərəkətinin olduğu ərazilərdən uzaq durmalıdırlar. Əks halda belə hadisələr ağır qəzaya çevrilə bilər.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 19 Noyabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















