Ağdamda yeni stansiya istifadəyə verildi FOTO
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Radiomonitorinq şəbəkəsinin genişləndirilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi tərəfindən Ağdam şəhərində yeni avtonom radiomonitorinq stansiyası qurularaq istismara verilib.
İdarədən Modern.az-a bildirilib ki, Günəş enerjisi ilə işləyən stansiya müasir SDR (proqram əsaslı radioqəbuledici) texnologiyası və proqram təminatı əsasında fəaliyyət göstərməklə Ağdam şəhəri və ətraf ərazilərdə yerli və kənar radioyayımlara, eləcə də radiotezlik spektrinə məsafədən, real vaxt rejimində 24/7 nəzarət etmək imkanı yaradır.
Qeyd edək ki, bu avtonom radiomonitorinq stansiyası ötən il quraşdırılan beşinci stansiyadır. Ümumilikdə isə ölkə ərazisində 16 radiomonitorinq stansiyası istifadəyə verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 07 Yanvar 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















