Ağdamdakı məşhur Çay evi yenidən inşa olunur VİDEO
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Ağdamın simvollarından biri olan Quzanlı qəsəbəsindəki "Çay evi" yenidən inşa olunur.
"Unikal"ın məlumatına görə, məşhur tikili Ağdam şəhər mərkəzi parkının ərazisində, əvvəlki yerində və üslubunda qurulur.
Qeyd edək ki, 1986-cı il iyulun 26-da açılışı olan bu unikal məkan, şəhər sakinlərinin və qonaqların rahat bir şəraitdə toplanıb çay içməsi və söhbət etməsi üçün yaradılmışdı. "Çay evi" həmçinin sosial və mədəni görüşlərin təşkil edildiyi mərkəzlərdən biri idi. Layihənin müəllifi 1984-1988-ci illərdə Ağdamda baş memar kimi fəaliyyət göstərən Naiq Səmədov olub.
Ağdam şəhərinin işğalı nəticəsində şəhərdəki bir çox tarixi və mədəni abidə kimi, "Çay evi" də tamamilə dağıdılmışdı. Lakin o, yenidən inşa olunaraq Ağdama qaytarılır.
Ağarza Elçinoğlu
#Ağdam'dakı məşhur "çay evi" yenidən inşa edilir ? pic.twitter.com/gsv2ZXDqLQ
— Unikal.az (@UnikalOrgPortal) April 20, 2026
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 20 Aprel 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















