Ağdamdakı yanğında xəsarət alan şəxslər Bakıya GƏTİRİLDİ
Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.
Ağdamda evin yanması nəticəsində xəsarət alanlar Bakıya gətirilib.
News24.az xəbər verir ki, Ağdamda baş verən ev yanğını nəticəsində xəsarət alan Nəzrin və Zibeydə İsmayılovalara ilkin tibbi yardım göstərildikdən sonra onlar Bakıdakı 5 saylı Şəhər Klinik Xəstəxanasına göndərilib.
Qeyd olunur ki, İsmayılova Nəzrin Əhəd qızına üzün və hər iki yuxarı ətrafın 1-ci dərəcəli texniki yanığı, İsmayılova Zibeydə Qənimət qızına isə hər iki yuxarı ətraf, hər iki bazu, sağ kürək və hər iki əllərdə 1-ci və 2-ci dərəcəli texniki yanıq diaqnozu qoyulub.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 45 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 02 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















