Ağdamı “dogma vətən” adlandıran Simonyanın KARYERASINA SON Paşinyandan yeni namizəd
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın baş naziri Nikol Paşinyan gələcək parlamentdə spiker postunu ABŞ-da Ermənistanın sabiq səfiri vəzifəsində çalışan Lilit Makuntsun tutmasını istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır.
Paşinyanın planına əsasən, bunun üçün Makunts partiyadaxili səsvermə – praymeriz zamanı ən çox səs toplayaraq seçki siyahısında yüksək yer almalıdır.
Nəşr bildirir ki, 15 fevralda hakim “Vətəndaş Müqaviləsi” partiyasının qurultayı keçiriləcək və burada seçki siyahısı təsdiqlənəcək. Partiyanın 1000 nümayəndəsi artıq təsdiqlənmiş 280 nəfərlik siyahıdan ilk 50 namizədi seçəcək.
Qəzetin yazdığına görə, Paşinyan seçkilərin demokratik görüntüsünü yaratmaq üçün prosesi iki mərhələdə keçirməyi planlaşdırır. Birinci mərhələdə nümayəndələr sadəcə 50 nəfəri seçəcək, siyahıdakı konkret yerlər isə ikinci mərhələdə müəyyənləşəcək. Məhz bu mərhələdə Paşinyanın Makunts üçün yüksək mövqe təmin etməyi planlaşdırdığı qeyd olunur.
Daha əvvəl “Joxovurd” qəzeti hakim partiyanın seçki siyahısının şəxsi tərkibini və nömrələrini üç gün ərzində “canlı yayım” formatında təsdiqləməyi planlaşdırdığını yazmışdı.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayında keçirilməlidir.
Yeri gəlmişkən, Ermənistan parlamentinin hazırkı sədri, işğal dövründə əlində nar tutaraq poz verən və Ağdamı “dogma vətən” adlandıran Alen Simonyandır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 21 Yanvar 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















