Ağdamın daha iki kəndində TİKİNTİ BAŞLAYIR
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Gələn ilin sonuna kimi Ağdamın daha iki kəndində bərpa işləri aparılaraq əhalinin köçü təmin ediləcək".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı deyib.
E.Hüseynov həmçinin gələn ilin sonuna kimi, Ağdamın daha iki kəndində bərpa işlərinin aparılacağı barədə də konfrans iştirakçılarına məlumat verib:
"Ağdam rayonunda həm Baş Qərvənd kəndində, həm Eyvazxanbəyli kəndində tikinti işlərinə bu ay start veriləcək. Biz 2026-cı ilin sonuna qədər bu kəndlərdə də bərpa işlərini yekunlaşdıracaq və əhalinin köçürülməsini təmin edəcəyik"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 15 İyul 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















