Icma.az
close
up
RU
Ağdamın hər yerində həqiqətən də yeni inkişaf mərhələsi başlayıb Nigar Məmmədova

Ağdamın hər yerində həqiqətən də yeni inkişaf mərhələsi başlayıb Nigar Məmmədova

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış davam edir. Ağdam rayonunun bərpa edilmiş birinci kəndi - Sarıcalının birinci mərhələsi artıq yekunlaşdı və dövlətimizin başçısı kənd sakinlərinə yeni mənzillərin açarlarını təqdim etdi. Sarıcalı da düşmənin işğal dövründə viran qoyduğu, yerlə-yeksan etdiyi kəndlərdən biridir. 44 günlük Vətən müharibəsindən sonra noyabrın 20-də Ağdam rayonu 1 güllə atılmadan, şəhid verilmədən azad olundu. 2022-ci il oktyabrın 4-də isə Prezident İlham Əliyev Sarıcalı kəndinin təməlini qoydu. Üç ildən də az müddətdə kəndin artıq birinci mərhələsi istifadəyə verildi. Burada yaşayış evləri ilə yanaşı bütün sosial infrastruktur da qurulub.

Redaktor.az xəbər verir ki, bu sözləri "Azərtac"a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

O bildirib ki, kənddə öz doğma yurduna qayıdan keçmiş məcburi köçkün soydaşlarımızın təhlükəsiz və firavan yaşayışı üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyevin kənd sakinləri ilə görüşdə söylədiyi kimi, beynəlxalq jurnalistlərin “Qafqazın Xirosiması” adlandırdığı Ağdamın işğal dövründəki mənzərəsi erməni faşizminin ən yüksək nöqtəsi olduğunu təsdiqləyir.

Deputat deyib: “Azərbaycan öz qətiyyəti, öz gücü hesabına erməni separatizminin kökünü kəsdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlar işğaldan azad edildikdən sonra ilk dəfə Ağdamda ağdamlılarla görüşəndə və yeni şəhərin təməlini qoyanda da “elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq” söyləmişdi. Ağdamın hər yerində həqiqətən də yeni inkişaf mərhələsi başlayıb. Şəhərlə yanaşı Ağdamın kəndlərində də yüksək səviyyəli quruculuq işləri aparılır. Xaçınçay su anbarının bərpa olunması sayəsində Suqovuşandan gələn kanal vasitəsilə Ağdamın bütün ərazisi və qonşu rayonların əraziləri su ilə təmin olunacaq. Bu da işğal dövründə Ermənistan tərəfindən süni yaradılan su probleminin birdəfəlik həlli deməkdir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki həftə əvvəl Ağdərənin Həsənriz kəndinə də səfər etdilər, Suqovuşanda yeni mənzillərə köçən sakinlərə evlərin açarları təqdim olundu. Suqovuşan kəndinə ilk köç prosesi 20 ailəni əhatə edib, Həsənriz kəndi üzrə indiyə qədər köç üçün siyahıya düşənlərin sayı 260-a çatıb. Sarıcalı isə keçmiş köçkünlərin qayıtdığı sayca 13-cü yaşayış məntəqəsidir. Bir sözlə, azad olunmuş bütün ərazilərdə yeni həyat başlayıb. Dövlətimizin başçısının da söylədiyi kimi, “bütün bunlar öz gücümüzə həll olunan layihələrdir, məsələlərdir. Azərbaycan dövləti bu gün bu işləri görməyə qadirdir. Bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Mart 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri