Ağdamın işğaldan azad olunmasının beşinci ildönümü qeyd edilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ağdam, 20 noyabr, AZƏRTAC
Ağdamın işğaldan azad olunmasının beşinci ildönümü və Ağdam Şəhəri Günü münasibətilə rayonun girişindəki Bayraq meydanında tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi və “Şəhidlər Abidə Kompleksi” ziyarət edilib.
Bayraq meydanında davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Ağdam rayonunun işğal olunmuş ərazisinin 2020-ci il noyabrın 20-də Ermənistan ordusu tərəfindən boşaldılmasından, Azərbaycan Ordusunun heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil olmasından danışıblar.
Tədbirin bədii hissəsində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə konsert olub. Konsertdə Əməkdar artist Fehruz Səxavətin və kollecin müəllimlərinin təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 20 Noyabr 2025 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















