Ağdamın Quzanlı kəndində şəhidlərin xatirəsi yad olundu VİDEO
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi sentyabrın 27-də saat 12:00-da Ağdam rayonunun Quzanlı kəndində bir dəqiqəlik sükutla yad olunub.
Bizim.Media xəbər verir ki, sükut zamanı nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib. Rayon sakinləri şəhid əsgər və zabitlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyiblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 27 Sentyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















