Icma.az
close
up
RU
Ağdamın Xıdırlı kəndinə köç

Ağdamın Xıdırlı kəndinə köç

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bu günlərdə Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə kəndə 13 ailə (48 nəfər) köçürülüb. Bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 568-ə (2 min 243 nəfər) çatıb.

Ağdamın mərkəzindən cəmi 3 kilometr aralıda, şimal-qərb istiqamətində yerləşən Xıdırlı kəndi bu günlərdə sözün əsl mənasında dirçəlişin və yenidənqurmanın simvoluna çevrilib. Uzun illər işğalın acısını yaşayan bu kənd indi tamamilə yenidən qurulur, təkcə evlər yox, bir ümid, bir həyat, bir gələcək inşa edilir.

Ümumi ərazisi 417 hektardan çox olan Xıdırlı kəndi iki mərhələdə salınır. Hər şey planlı, mərhələli və gələcək nəsilləri də nəzərə alaraq layihələndirilib.

Layihəyə əsasən, birinci və ikinci mərhələ üzrə ümumilikdə 6 minə yaxın insanın, yəni 1498 ailənin Xıdırlıya köçürülməsi nəzərdə tutulur.

Hazırda həyata keçirilən birinci mərhələnin ərazisi 170 44 hektardır. Bu mərhələdə artıq 719 fərdi evin tikintisi başa çatdırılıb. Evlərin planlaşdırılması da ailələrin ehtiyacları nəzərə alınaraq həyata keçirilib: 263-ü ikiotaqlı, 332-si üçotaqlı, 121-i dördotaqlı, və 3-ü isə beşotaqlıdır. Bu evlər müasir memarlıq üslubunda, rahatlıq və enerjiyə qənaət prinsipləri əsasında inşa edilib.

Lakin Xıdırlıda həyata keçirilən quruculuq təkcə fərdi evlərlə məhdudlaşmır. Bu kənd müasir kənd modeli kimi qurulur. Burada çoxfunksiyalı inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi, təcili tibbi yardım bölməsi, həmçinin təhsil və səhiyyə işçiləri üçün müvəqqəti qonaq evi, məişət xidməti obyekti, emalatxana, tam orta məktəb və körpələr evi-uşaq bağçası da tikilib.

Burada infrastruktur yeni sakinlərin gündəlik həyatını rahat və təhlükəsiz şəkildə davam etdirməsi üçün hər cür şərait yaradır. Xidmət sektoru, təhsil və səhiyyə sahələri, ictimai məkanların hamısı yenidən dizayn olunub və müasir standartlara uyğunlaşdırılıb.

Xıdırlı kəndinin layihəsində ekoloji tarazlığa da xüsusi diqqət yetirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir. Bu yaşıl zonalar təkcə kəndin gözəlliyinə xidmət etmir, eyni zamanda sakinlər üçün istirahət məkanları və ekoloji sağlam mühit formalaşdırır. Geniş bulvarlar, ağaclar və bəzək kolları ilə bəzədilmiş park sahələri kəndin gələcəyini daha da ümidverici edir. Beləliklə, Böyük Qayıdışın səsi Xıdırlıdan gəlir.

Xıdırlı kəndi Qarabağın dirçəliş strategiyasının canlı nümunəsidir. Hər bir tikilən ev, hər çəkilən yol, hər əkilən ağac bu torpaqlarda yenidən həyatın başladığını, Azərbaycanın doğma torpaqlarından əl çəkmədiyini və çəkməyəcəyini göstərir.

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Ağdam şəhərinin bərpası üçün çox böyük işlər görülüb. Yaşayış evləri tikilib, məktəb, uşaq bağçası eyni zamanda sosial obyeklər inşa edilir. Ağdam Azərbaycanın musiqi, muğam akademiyası olduğuna görə burada böyük bir Muğam Mərkəzi də inşa edilir. Görülən işlər demək olar ki, tamamlanmaq üzrədir. Bunun özü göstərir ki, işğaldan azad olunan Ağdam yenidən özünün əzəmətli görkəmini əldə edir və ağdamlıların geri qayıdacağı gün elə də uzaqda deyil: "Prezident keçmiş məcburi köçkünlərin öz dədə-baba yurduna qayıtmasının dövlətin əsas prioritet məsələlərindən biri hesab edir".

Politoloq Oqtay Qasımov bildirib ki, Ağdamda ən müasir standartlara cavab verən mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına töhfə verəcək. Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulmasına da Böyük Qayıdış konsepsiyası kontekstində yanaşmaq lazımdır. Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa restavrasiya işləri həyata keçirilir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması isə işğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun yaradılması deməkdir:

"Prezident ərazilər işğaldan azad olunandan sonra bölgəyə çoxsaylı səfərlər edib. Hər səfərində də orada yeni yaşayış massivlərinin təməli qoyulub, açılışı edilib. İş yerlərinin açılışı, infrastruktur layihələrinin həyata keçirilməsi prosesini yerində izləyib və onların ya təməlini qoyub, ya da işlərin gedişatı ilə birbaşa maraqlanıb. Yaxud da, səfərlərdə görülmüş işlərin və təhvil verilmiş obyektlərin açılışında iştirak edib. Bu baxımdan Prezidentin səfəri önəmli səfərdir".

Millət vəkili Vüqar Rəhimzadənin dediyinə görə, Qarabağda və Şərqi Zəngəzurda görülən işlər Azərbaycanın şəhərsalma təcrübəsinin dünyaya təqdimatıdır. 30 illik işğal dövründə tamamilə dağıdılan, yerlə-yeksan edilən torpaqlarımız müasir tələblərə uyğun olaraq yenidən qurulur, bu ərazilərdə müasir yeniliklər tətbiq edilir. Bu torpaqlarda müasir idarəçilik sisteminin yaradılması təqdir edilir. Azad olunan bütün şəhər və kəndlərimiz, qəsəbələrimiz Azərbaycanın dünyaya təqdim etdiyi yeni təcrübə - "ağıllı şəhər" və "ağıllı kənd" layihələri üzrə yenidən qurulur. Qeyd edək ki, "ağıllı kənd" layihəsinin ilk tətbiq olunduğu ərazi Zəngilan rayonunun Ağalı kəndi oldu. İlk "ağıllı şəhər" isə Ağdam şəhəri olacaq. Prezident İlham Əliyev sakinlərlə görüşündəki çıxışında Ağdam şəhərində görülən işlərin fonunda ümumilikdə bütün azad edilmiş ərazilərimiz barədə aydın təsəvvür yaratdı.

Millət vəkili qeyd edib ki, 30 illik işğal dövründə tamamilə dağıdılan Ağdam şəhəri, rayonun bütün kəndləri bir daha düşmənin xislətinin, düşmənçiliyinin göstəricisidir: "Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər" söyləyən dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Ağdamı "Qafqazın Xirosiması" adlandırırlar. Amma fərq ondadır ki, Xirosima atom bombası nəticəsində viran qoyulmuşdur, Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar. Bu, misli görünməmiş vəhşilikdir. Erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir. Ağdam yenidən qurulur. Bərpa-quruculuq işlərində xüsusi diqqət göstərilən məsələlərdən biri infrastruktur layihələrinin icrasıdır. Bunu Ağdam şəhərinin, rayonun kəndlərinin timsalında da aydın görmək mümkündür. Məktəb binası, xəstəxana tikilir, böyük sənaye kompleksi fəaliyyət göstərir. Artıq Ağdamda bir neçə müəssisə fəaliyyət göstərir ki, bu, Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Bir neçə yaşayış kompleksi inşa edilir, bu il istifadəyə veriləcək".

Vüqar Rəhimzadə onu da bildirib ki, bərpa-quruculuq işlərində hər bir bölgənin turizm imkanları da nəzərdə tutulur. Bu baxımdan Ağdamda iki mehmanxana artıq fəaliyyətə başlayıb. Prezident İlham Əliyev sakinlərlə görüşündə bu xatırlatmanı da etdi ki, işğaldan sonra ilk dəfə Ağdamda ağdamlılarla görüşəndə və yeni şəhərin təməlini qoyanda belə bir çağırışı etmişdir ki, elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq. Əgər bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir: "Sıfırdan qurulan Ağdam şəhəri ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək. İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər bir güllə atılmadan geri qaytarıldı. Tarixi Zəfərimizdən üç il sonra suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan 30 il ərzində hər vəchlə çalışırdı ki, bir santimetr torpaq da qaytarılmasın. Amma Azərbaycan dövlətinin gücünü, iradəsini, cəsarətini və ordumuzun qəhrəmanlığını nəzərə almamışdılar. Rəşadətli ordumuzun qəhrəmanlığı, fədakarlığı nəticəsində bu gün torpaqlarımız tarixi sahibinə qovuşub. Yenidən qurulur, soydaşlarımız dogma yuvalarına qayıdaraq xoşbəxt, sevincli günlərini yaşayırlar. Sarıcalı kəndinin birinci mərhələsinin inşası başa çatdı. Burada hazırda 200-dən çox ev var. İkinci mərhələ başa çatdıqdan sonra təqribən evlərin sayı 400-ə çatacaq. Yaşayış üçün bütün şərait yaradılıb. Prezident İlham Əliyev bu çağırışı da etdi ki, bu bölgədə kənd təsərrüfatı da sahibkarlar tərəfindən inkişaf etdirilməlidir.

Prezident Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafının sürətləndirilməsinə və geri qayıdan əhalinin məşğulluğunun təmin edilməsinə xüsusi diqqət yetirir. Bu diqqətin nəticəsində artıq rezidentlərin sayına görə ölkənin ikincisi olan Ağdam Sənaye Parkında on müxtəlif təyinatlı müəssisə fəaliyyətə başlayıb. Sosial infrastrukturun qurulması istiqamətində aparılan genişmiqyaslı tədbirlər nəticəsində Ağdam şəhərində 1 nömrəli tam orta məktəb və 1 nömrəli körpələr evi-uşaq bağçası inşa edilib. Prezident İlham Əliyev və İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak məqsədilə Azərbaycana səfər edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər

İşğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma işləri, yeni infrastrukturun yaranması istiqamətində görülən işlərdən ən önəmlisi təbii ki, ərazilərin minalardan təmizlənməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulmasıdır. Eyni zamanda, kənd təsərrüfatı ilə əlaqədar yeni fəaliyyət sahələrinin, həmçinin xidmət, ticarət, tikinti, nəqliyyat və digər sektorların yaradılması və inkişafı mühüm əhəmiyyət kəsb edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, doğma torpaqlarına qayıdan əhalinin məşğulluq imkanlarının artırılması, onların keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür.

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Dekabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1050

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see299

Yatmazdan əvvəl bunu yeyənlər sürətlə arıqlayır

01 İyun 2026 01:01see239

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see221

Bakıda “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı olub

31 May 2026 20:20see192

Bina çökdü, 11 nəfər öldü

01 İyun 2026 04:17see191

Gənclər niyə daha tez keçəlləşirlər..?

31 May 2026 19:15see190

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see188

Zelenski Rusiya ilə müharibədən danışdı: Masa arxasına əyləşib danışmalıyıq”

31 May 2026 22:25see187

“Liverpul”da daha bir ayrılıq

31 May 2026 23:42see184

Suzhou şəhərində keçirilən Beynəlxalq Ailə Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

31 May 2026 17:41see178

İran Prezident Administrasiyası Pezeşkianın istefa iddialarını təkzib edib

01 İyun 2026 02:57see174

Gürcüstan Parlamenti televiziya şirkətlərinin xaricdən maliyyələşməsini qadağan edən qanun qəbul edib

01 İyun 2026 00:34see173

Qocalmanı nələr sürətləndirir?

31 May 2026 20:40see172

Məktəb müəllimi vəfat ETDİ

01 İyun 2026 00:03see171

Bütün iPhone lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

01 İyun 2026 02:31see167

Qordonun yerinə Liqa 1 dən namizəd

01 İyun 2026 03:17see163

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see160

Rusiya ordusu Zaporojyedə dəmir yolunu vurdu: Ölənlər və yaralananlar var FOTO

01 İyun 2026 04:42see154

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri