Icma.az
close
up
RU
Ağdamlıların sevimlisi yenə satılır “Qarabağ”ın sabiq futbolçusuna transfer təklifi

Ağdamlıların sevimlisi yenə satılır “Qarabağ”ın sabiq futbolçusuna transfer təklifi

Icma.az bildirir, Bakupost portalına istinadən.


Braziliyanın “Flamengo” klubu hücumçusu Juninyonun Meksikanın “Pumas” komandasına transferi ilə bağlı danışıqları yekun mərhələyə çatdırıb. Razılaşmanın 5 milyon avro (təxminən 31,7 milyon real) qarşılığında baş tutacağı bildirilir. Bu məbləğ rubro-neqroların futbolçunu mövsümün əvvəlində Azərbaycan çempionu “Qarabağ”dan transfer edərkən ödədiyi qiymətlə eynidir.
Bakupost.az “ESPN”ə (Entertainment and Sports Programming Network) istinadən xəbər verir ki, “Flamengo”nun dekabrın 13-də aldığı təkliflə bağlı klub rəhbərliyinin yekun qərarı gözlənilir. Juninyo üçün digər variantlar olsa da, Braziliya klubunu maliyyə və şərtlər baxımından daha çox məhz “Pumas”ın təklifi qane edib. Futbolçu hazırda komanda ilə birlikdə Qətərdə keçirilən FIFA-nın Klublararası Dünya Kubokunda iştirak edir.
“Flamengo”nun bu gün yekun qərar verməsi gözlənilir. Klubun təklif olunan şərtlərdən məmnun olduğu və satışın rəsmiləşdirilməsinin yüksək ehtimalla baş tutacağı vurğulanır. “Pumas” ödənişi mərhələli şəkildə həyata keçirməyi təklif edib.
Juninyo 2025-ci ilin əvvəlində “Qarabağ”dan “Flamengo”ya transfer olunsa da, Braziliya klubunda gözləntiləri tam doğrulda bilməyib. Hücumçu mövsüm ərzində 32 oyunda meydana çıxaraq 4 qolla yadda qalıb. 24 yaşlı futbolçu əsas heyətdə möhkəmlənə bilməyib və zamanla komandadakı mövqelərini itirib.
“Qarabağ”a 2023-cü ildə Braziliyanın “Shavish” klubundan transfer olunan Juninyo qısa müddətdə klubun aparıcı hücumçularından birinə çevrildi. O, 2023–2025-ci illər ərzində 81 oyuna çıxan futbolçu 42 qol vurdu. Braziliyalı hücumçu ölkə çempionatında, kubokunda (6 oyunda 5 qol) və avrokuboklarda (27 oyunda 14 qol) komandanın nəticələrində əsas pay sahibi oldu. “Qarabağ” onu 2023-cü ildə təxminən 500 min avroya heyətinə qatdığı futbolçunu, iki mövsüm sonra isə 5 milyon avroya “Flamengo”ya sataraq transfer bazarında ciddi maliyyə qazancı əldə etmişdi.
Cavid, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Dekabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri