Icma.az
close
up
RU
Ağdaş rayonunun sosial iqtisadi inkişaf potensialı qiymətləndirilir

Ağdaş rayonunun sosial iqtisadi inkişaf potensialı qiymətləndirilir

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyulun 29–30-da Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı “Ağdaş rayonunun strateji sosial-iqtisadi inkişaf istiqamətləri” layihəsi çərçivəsində Ağdaş rayonunda olublar.

525.az xəbər verir ki, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə ilə görüş keçirilib. Layihənin koordinatoru, İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tərbiz Əliyev layihə üzrə aparılan elmi tədqiqatların gedişi barədə ətraflı məlumat verib. O bildirib ki, tədqiqat çərçivəsində sahibkarlar və mütəxəssislər arasında sorğular keçirilib, rayon iqtisadiyyatının kənd təsərrüfatı, sənaye, xidmət, logistika, enerji, turizm və digər sahələri üzrə mövcud vəziyyət təhlil olunub, inkişaf potensialı qiymətləndirilib və müvafiq layihə təklifləri hazırlanıb.

Professor T.Əliyev həmçinin layihə çərçivəsində nəzərdə tutulan tədbirlər, hazırlanmış təhlil və qiymətləndirmələrin ilkin nəticələri barədə məlumat verib. Görüş zamanı rayonun sosial-iqtisadi inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, elmi tədqiqatların davam etdirilməsi və layihənin praktiki əhəmiyyətinin artırılması ilə bağlı təklif və tövsiyələr səsləndirilib.

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Əli Kərimovla da görüş keçirilib. Görüşdə layihə üzrə aparılan tədqiqatların cari vəziyyəti, qarşıdakı mərhələdə görüləcək işlər və təşkilati məsələlər müzakirə olunub.

Müzakirələrdə İqtisadiyyat İnstitutunun ümumi işlər üzrə direktor müavini Şakir Alıyev, şöbə müdirləri Allahyar Muradov və Mahir Zeynalov, eləcə də Ağdaş Rayon İcra Hakimiyyətinin sektor müdiri Xanmusa Əhmədov iştirak ediblər.

Qeyd edək ki, “Ağdaş rayonunun strateji sosial-iqtisadi inkişaf istiqamətləri” layihəsinin məqsədi rayonun mövcud iqtisadi potensialının elmi əsaslarla qiymətləndirilməsi, imkanların müəyyənləşdirilməsi, özəl investisiyalar üçün cəlbediciliyinin artırılması və uzunmüddətli sosial-iqtisadi inkişaf üzrə strateji təkliflərin hazırlanmasıdır. Layihənin nəticələrinin Ağdaş rayonunun gələcək inkişafının planlaşdırılmasına və investisiya cəlbediciliyinin artırılmasına töhfə verəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyul 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see394

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see323

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see265

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see262

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see258

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see245

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see240

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see231

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see228

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see221

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see219

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see219

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see217

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see215

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see207

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see205

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see202

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see199

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see198

Liviyanın neft itkiləri 30,7 milyon dolları ötüb

22 Noyabr 2026 06:49see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri